Rusiyalı baş məşqçiyə ağır cəza

26 Dekabr 2018 12:54 (UTC+04:00)

"Sibnovosti.ru" xəbər verir ki, bu barədə Krasnoyarsk məhkəməsi qərar çıxarıb. 46 yaşlı mütəxəssis spirtli içki qəbul etdikdən sonra sükan arxasına əyləşməsi səbəbindən 300 min rubl məbləğində də cərimələnib.

Aleniçev polislər tərəfindən saxlanıldıqdan sonra sərxoşluq vəziyyəti barədə yoxlanışdan keçməkdən imtina edib. Hadisə noyabrın 19-da baş verib. O, klubun avtomobilini idarə etdiyi vaxt təqsirli olduğunu qəbul etməməklə yanaşı, tibbi müayinədən də imtina edib. Bundan sonra yol polisi əməkdaşları avtomobili cərimə meydançasına aparıb.

Qeyd edək ki, Dmitri Aleniçev "Yenisey"ə 2017-ci ilin yayında baş məşqçi təyin olunub. Komanda onun rəhbərliyi altında Premyer Liqada 17 turdan sonra 10 xalla sonuncu - 16-cı pillədə qərarlaşıb.(report.az)

© AzNews.az