Vergiyə borcu olanlara son şans verildi

27 Dekabr 2018 11:37 (UTC+04:00)

2019-cu il mayın 18-də qüvvəyə minən qanuna əsasən vergiyə borcunu ödəyə bilməyənlərə son şans verilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə milyonlarla adamın vergiyə olan borcunu ödəmək üçün cari qanuna müvəqqəti maddə əlavə olunub.

Qanun Türkiyə Böyük Millət Məclisində dünən axşam saatlarında qəbul olunub.

Yeni dəyişiklik ilə borcları olan, lakin ödəmək haqqını itirən borclulara yenidən imkan verilir.

Bu adamlar ödəməli olduqları məbləği əlavə faizlə birlikdə 2019-cu ilin fevral ayına qədər ödəmək hüququna malik olacaqlar.

AzNews.az