Sadəcə ABŞ-da olduğu düşünülürdü - Türkiyədə tapıldı

28 Dekabr 2018 12:45 (UTC+04:00)

Türkiyənin Ərzurum şəhərində, sadəcə ABŞ-ın Kolorado ştatında olduğu iddia edilən “rainbow” (göyqurşağı) daşı tapılıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərzurumda valilik ilə Böyükşəhər bələdiyyəsinin ortaq təşkil etdiyi layihə vasitəsilə 68 növ mədən və dəyərli daş nümayiş olunub.

Çıxarılan daşlar arasında dünyada sadəcə ABŞ-ın Kolorado ştatında olduğu iddia edilən rainbow (göyqurşağı) daşı da olub.

Layihəni idarə edən Atatürk Universitetinin Gemologiya müəllimi, dosent Volkan Çil ilə Aziziye Bələdiyyəsinin Daş əsərləri muzeyinin koordinatoru Oğuzhan Türk 3 ayda təxminən 10 min kilometr yol qət edərək Ərzurumun yeraltı zənginliklərini gün üzərinə çıxardıqlarını deyib.

Araşdırmalar zamanı 30 cür mərmər növdə abidə, beş metal olmaqla cəmi 68 növ daş tapılıb.

Volkan Çil isə daşların yanında təbii boya xam maddəsini tapdıqlarını və qısa müddət ərzində fabriklərin qurulub bu daşların, torpağın araşdırılmasının lazım olduğunu bildirib.

Pərvanə Ağazadə

AzNews.az