İspaniyada ənənəvi lotereya oyununun qalibi 10 il əvvəl Rumıniyadan Barselonaya gəlmiş 15 yaşlı oğlan olub.
Yeniyetmə ona külli miqdarda pul qazandıran lotereya biletini oyundan 1 gün əvvəl alıb. "Mən bilmirəm bu pulla nə edəcəm. Ola bilsin, yeni mobil telefon alım və ya pulu kiçik mənzilə (mənzil alım-red) qoyum", - deyə o etiraf edib.
Hər ilin 6 yanvarında İspaniyada ən məşhur lotereyalardan biri keçirilir. Onun keçirilməsi tarixi ölkədə qeyd edilən Xaçı suyuna salınma bayramı ilə üst-üstə düşür.
Daha əvvəl Kanada sakini "Milad" cekpotunda 44 milyon dollar qazanıb. (report)
AzNews.az