Çində haqsız yerə 25 il həbsdə yatan adama təzminat - 4,6 milyon

7 Yanvar 2019 16:44 (UTC+04:00)

Çin məhkəməsi günahsız yerə 25 il həbsdə yatan bir nəfərə 4,6 milyon yuan (təxminən 670 min dollar) təzminat ödənilməsinə qərar verib.

AzNews.az məlumat verir ki, bu haqda infirmasiyanı Şinhua agentliyi yayıb.

Mənbə bildirir ki, ölkənin şimal şərqindəki Cilin əyalətinin Liaoyuan şəhərindəki Orta xalq məhkəməsi bu gün baş tutan məhkəmədə 1990-cı ildə bir qadını öldürdüyü səbəbindən gözaltına alınaraq haqqında verilən edam cəzasının həbsə çevrilməsi ilə 25 il “yanlışlıqla” həbs olunan Liu Conglin adlı bir vətəndaşa 670 min dollar təzminat ödənilməsinə hökm verib.

2016-cı ildə cəzasını tamamlayaraq sərbəst buraxılan Liunun məhkəməsi keçən il məhkəmə tərəfindən təkrar gözdən keçirilib, əsasların yetərsiz olduğunu və verilən 25 illik həbs cezası hökmünün də “yanlış” olduğuna qərar verilib.

Çin Ali məhkəməsi daha öncə 2013-2018-ci illər arasında ölkə miqyasında 28 mindən çox təzminat davasının açıldığını deyib.

Səidə Nurməmmədli

AzNews.az