UFC çempionatının belaruslu döyüşçüsü Andrey Orlovski Rusiyadakı döyüşlərə SSRİ himninin sədaları altında çıxmaq niyyətində olduğunu bəyan edib.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
“Birmənalı olaraq Rusiyada döyüşlərə SSRİ himninin sədaları altında çıxacağam. Bəzi mətbuat orqanları Orlovskinin Rusiyanı sevmədiyi barədə söhbəti şişirtməyə çalışırlar. Bəli, rusiyalı deyiləm. Lakin əslən Sovet İttifaqındanam”, - deyə o vurğulayıb.
AzNews.az