Şumaxer rəsmən “Ferrari”də

20 Yanvar 2019 09:16 (UTC+04:00)

Yeddiqat dünya çempionu, əfsanəvi pilot Mixael Şumaxerin oğlu Mik Şumaxer Ferrarinin akademiyasına daxil olub.

AzNews.az xəbər verir ki, bu barədə yanvarın 19-da Formula 1-in mətbuat xidməti rəsmi məlumat yayıb.

Mik ötən mövsüm Formula 3 seriyasında mübarizə aparıb, çempion titulu əldə edib. O, 2019-cu il mövsümündə Formula 2 seriyasında çıxış edəcək.

Əfsanəvi pilotun oğlunun mübarizəsini Bakı sakinləri də canlı izləyə biləcəklər. Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi ilə yanaşı gənc pilotlar Formula 2 seriyasında Bakı trekində sürət yarışına çıxacaqlar.

Bakıda dördüncü dəfə keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-28-də baş tutacaq.

Fəridə Abdulla
AzNews.az