Alibaba şirkətinin qurucusu, çinli milyarder Cek Ma Davos iqtisadi forumundakı çıxışında deyib ki, dünyada xərçəngdən daha qorxulu xəstəliklər var.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu fikri "əməkdaşlarınızın hansı keyfiyyətlərinə diqqət yetirirsiniz" sualına cavab olaraq bildirib.
"Məndən ağıllı insanları işə götürürəm. Onlar 5-6 il sonra mənim müdirim ola bilərlər. Əgər siz axmaqsınızsa, bu xərçəngdən də qorxuludur. Xərçəngi müalicə etmək olar. Axmaqsınızsa, sizi sağaltmaq mümkün deyil" , - o, bildirib.
O, həmçinin deyib ki, iş prosesində optimist, çətinliklərdən çəkinməyən, sona qədər mübarizə aparan, şəxsiyyətini bəyəndiyi insanları işə götürür.
Fəridə Abdulla
AzNews.az