Meşədə itən uşağı ayı xilas etdi

29 Yanvar 2019 08:46 (UTC+04:00)

ABŞ-ın Şimali Karolina ştatında soyuqda meşədə azan üç yaşlı Keysi Heteuey xilas edilib.

AzNews.az The Guardian-a istinadən xəbər verir ki, uşaq yanvarın 22-də nənəsinin evinin arxa həyətində, öz yaşıdları ilə oynayarkən itib.

Uşaq elə də qalın geyinməyib, üstəlik havanın temperatusu gecə mənfi 6 dərəcə olub.

Keysinin axtarışlarına helikopterlər, dronlar, yüzlərlə könüllü cəlb edilib. Polislər uşağı yalnız yanvarın 24-də yaxınlıqdakı kiçik adada tapa biliblər. Uşağın bura necə gəlib çıxması isə sual doğurur. Keysi tapılanda üzərində xəsarət izləri olmayıb, amma əlləri və ayaqları donmuşdu.

Şerif Çipa Hyuzun sözlərinə görə, uşağı tapana qədər onlar buzlu sudan keçərək, yarıya qədər islanıblar. Halbuki, uşağın cəmi 66 sm boyu var.

Balaca deyib ki, ona qara rəngli ayı dostu kömək edib, bütün bu müddət ərzində onun qayğısına qalıb.

Həmin ayılara baribal deyirlər. Bariballar adətən insanlara hücum etmir və onlardan qaçmağa çalışırlar.

Fəridə Abdulla

AzNews.az