Saatlıda yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı reyd keçirilib.
DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, fevralın 1-də Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən bu məqsədlə tədbir keçirilib.
Reyd nəticəsində rayonun Şirinbəyli kəndi ərazisində 1 mağaza satıcısının yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması aşkar edilib.
Polis əməkdaşları tərəfindən həmin iaşə obyektinin satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokol tərtib olunub və 100 manat cərimə olunub.
Bu istiqamətdə reydlər davam etdirilir.
AzNews.az