Dani Kintana: "Qolum komandaya qələbə gətirmədiyi üçün evə könülsüz gedirəm"

3 Fevral 2019 23:00 (UTC+04:00)

"Rəqib qol vurana qədər hər şey plana uyğun gedirdi. Qol buraxandan sonra vəziyyət dəyişdi. Nəticəni ədalətli saymaq olar".

Bunu "Qarabağ"ın futbolçusu Dani Kintana Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi" ilə 1:1 hesablı heçə-heçədən sonra deyib.

Matçın 6-cı dəqiqəsində hesabı açan ispaniyalı futbolçu qələbəni əldən verdikəri üçün məyus olduqlarını ifadə edib:

"Təəssüf ki, bugünkü qolum komandaya qələbə gətirmədi. Ona görə evə könülsüz gedirəm. Rəqib müdafiəçilərin sərt oynadığını deməzdim. Belə hallar liderlərin oyununda normal hesab olunur". (report)

AzNews.az