Musa Yaqub yaxşılaşıb: "Yazmağa davam edirəm"

5 Fevral 2019 15:36 (UTC+04:00)

Şair Musa Yaqubun səhhəti qaydasına düşüb.

Bu barədə AzNews.az-a gənc şair İntiqam Yaşar deyib. O, qeyd edib ki, Musa Yaqub hazırda yarımçıq qaldığı poema üzərində işləyir:

“Musa Yaqub get-gedə müsbətə doğru dəyişir. Deyir ki, “gənclərin gəlməsi məni daha da ruhlandırır, yazmağa davam edirəm”. Hazırda Xaqani Şirvani haqqında yeni poema üzərində işləyir”.

Bahar RÜSTƏMLİ
AzNews.az