Belarus Respublikasının paytaxtı Minsk şəhərində ənənəvi XXVI beynəlxalq kitab sərgi-yarmarkası açılıb.
AzNews.az-ın məlumatına görə, fevralın 6-da işinə başlaşayan sərgi-yarmarkada Mədəniyyət Nazirliyi ölkəmizin Belarusdakı səfirliyinin dəstəyi ilə milli stend qurub.
Stenddə Azərbaycanın bugünkü həyatı, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, həmçinin ölkəmizin tarixi ilə bağlı mühüm kitablar sərgilənir.
Sərginin açılış günü milli stendi Belaruslu rəsmi şəxslər, xarici ölkələrin səfirləri, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, ölkəmizin Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Lətif Qəndilov ziyarət edib.
Sərgi fevralın 10-dək davam edəcək.
AzNews.az