Azərbaycan buğda idxalını azaldıb

18 Fevral 2019 12:47 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycan 23,691 mln. ABŞ dolları dəyərində 109,655 min ton buğda idxal edib.

Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə məbləğ baxımından 1,971 mln. dollar (və yaxud 9,1% çox), həcm baxımından isə 11,875 min ton (və yaxud 9,8%) azdır.

Ötən ay buğda idxalı Azərbaycanın ümumi idxalının 2,3%-ni təşkil edib.

AzNews.az