Avtomobil nəhəngi "Honda"nın Türkiyədəki fabrikinin bağlanması iddia edilib.
AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu haqda informasiyanı İngiltərənin mühafizəkar millət vəkili Justin Tomlinson yayıb.
Onun sözlərinə görə, "Honda"nın İngiltərədəki fabrikinin bağlanmasının əsas səbəbi Brexit deyil:
"Honda Türkiyədəki fabrikini də bağlayaraq və bütün Avropa üçün Yaponiyadaki mərkəzdən istehsal edəcək"
Yaponiyanın öndə gedən avtomobiı istehsalçılarından Honda İngiltərədəki Swindon fabrikini 2022-ci ildə bağlayacağı haqda açıqlamalar gündəmi zəbt edib.
İngilis xəbər qaynaqları yazır ki, fabrikdəki 3 min 500 nəfər işdən çıxarılmasını gözləyir.
"Honda"dan rəsmi açıqlama gəlməsə də, firmanın bağlanma qərarı ilə bağlı bu gün açıqlama veriləcəyi deyilir.
Nigar CƏFƏR
AzNews.az