İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasında dəyişiklik edildi

21 Fevral 2019 15:51 (UTC+04:00)

Prezident İlham Əliyev “İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 mart tarixli 3851 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən aşağıdakı məzmunda yeni abzas əlavə edilir:

“Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru.”.

AzNews.az