Rusiya Dövlət Dumasının rus əsgərlərinin smartfon istifadəsinin qadağan edilməsinə dair təklif etdiği qanun prezident Vladimir Putin tərəfindən təsdiqini tapıb.
AzNews.az xəbər verir ki, sosial media istifadəsinin beynəlxalq təhlükəsizliyi təhdid etdiyini əsas gətirərək təklif edilən qanuna görə, artıq rus əsgərləri şəkil və video görüntü çəkmə, internetə çıxış imkanları olan cihazlardan istifadə edə bilməyəcək.
Həmçinin rus əsgərlərinə sosial mediada özləri və vəzifələri ilə bağlı paylaşımlar etmək qadağan olunub.
Cavidan
AzNews.az