İsveç Krallığında yaşayan Azərbaycan diasporunun tanınmış təmsilçisi və lobbiçisi, Stokholm bələdiyyəsinin dövlət qulluqçusu Leyla Kiani 5 müsahibədən, imtahanlardan, psixoloji və İQ testlərindən uğurla keçərək Stokholm şəhəri Östermalm, Norrmalm və Kunqsholm birləşmiş bələdiyyəsinin sosial şöbəsində şöbə rəisi vəzifəsinə təyin olunub.
AzNews.az xəbər verir ki, bu barədə diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib. onun sözlərinə görə, Leyla Kiani adlı həmyerlimiz İsveçin Sosial-Demokrat Partiyasının fəal üzvlərindəndir. O, eləcə də Partiyanın xətti ilə bu il mayın 26-da İsveçdə keçiriləcək Avropa parlamentinə seçkilərdə seçki koordinatoru təyin olunub.
AzNews.az