Texnologiya tarixində ilk dəfə olaraq 64 meqapikselli kamera ilə çalışan telefon alıcıların ixtiyarına veriləcək.
AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, yeni Samsung Galaxy A70S telefonu 2019-cu ilin sonuna qədər təqdim ediləcək.
İnsayderlər unikal gadgetın gələcək xüsusiyyətlərini paylaşıblar. Beləliklə, cihazda Samsung İSOCELL parlaqlığı ilə 1 əsas kamera olacaq. O, ən innovativ texnologiyalardan istifadə edilən 64-MP kameraya malikdir.
Belə bir funksiya sayəsində istifadəçi həm yaxşı işıqlandırma, həm də pis işıqlandırma şəraitində yüksək keyfiyyətli şəkillər əldə edəcəkdir. Samsung-un yeni modeli Galaxy A70 aparatının təkmilləşdirilmiş versiyasıdır.
Nation News nəşri daha əvvəl Samsung-un beşqat optik zoomu olan smartfon üzərində işlədiyini bildirib.
Babək Göyüş
AzNews.az