Sumqayıtın alternativ yolu və sənaye girişi kimi tanınan keçmiş Metallurq, indiki Yəhya Məmmədov küçəsi tam yenidən qurulub.
Uzunluğu 3,5 kilometr olan 4 zolaqlı küçə artıq istifadəyə verilib.
Y.Məmmədov küçəsi yenicə təmir olunan 6 kilometrlik “Kimyaçılar” küçəsinə birləşərək Bakı-Quba avtomagistralına çıxır. Bununla da şəhər ərazisindən 4-cü çıxış yolun işlək vəziyyəti təmin olunub. Ərazidə abadlıq işləri aparılıb, insanların təhlükəsiz hərəkəti üçün piyada zolaqları salınıb. (ona.az)
AzNews.az