“Hyundai” ilk elektrikli avtobusunu təqdim etdi

31 May 2019 14:56 (UTC+04:00)

Hyundai şirkəti hava çirklənməsinin qarşısını almaq və tıxacı azaltmağa kömək olmaq üçün elektriklə işləyən avtobus istehsal edib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şirkət iki mərtəbədən ibarət olan elektriklə işləyən avtobusunu Koreyada keçirilən sərgidə nümayiş etdirir.

Hyundai şirkətinin ilk elektriklə işləyən iki mərtəbəli avtobusu tam enerji topladıqdan sonra 300 km yol qət edə bilir. Avtobusun birinci mərtəbəsində 11, ikinci mərtəbəsində isə 59 oturacaq var.

Nigar CƏFƏR

AzNews.az