"Zelenski Donbasın xüsusi statusunu tanımağa hazır deyil" - Partiya lideri

13 İyun 2019 08:17 (UTC+04:00)

“Zelenski Rusiya ilə birbaşa danışıqlar aparmağı planlaşdırmır”.

AzNews.az “TASS”a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın müxalif “Həyat Naminə” partiyasının sədri Viktor Medvedçuk deyib.

O, Zelenskinin ölkənin şərq regionlarının xüsusi statusunu tanımağa hazır olmadığını bildirib:

“Hal-hazırda prezident və onun komandasının həqiqətən sülh üçün çalışdığına dair heç bir sübut görmürəm".

Pərvanə Ağazadə

AzNews.az