Gözəlliyimizə fayda verəcək bu məhsulu tanıyırsınız?

2 İyul 2019 11:32 (UTC+04:00)

Dəniz duzu doğru ölçülərdə və formada istifadə olunduqda saçımızdan üzümüzə kimi gözəlliyimiz üçün son dərəcədə faydalıdır.

Bəs dəniz duzu, yəni duzlu suyu necə istifadə etmək lazımdır?

AzNews.az sizə dəniz duzunun faydalarını təqdim edir:

Çox yaxşı pilinq məhsuludur

Təbii pilinq məhsulu olan dəniz duzu ölü dərilərdən qurtulmanızı və dərinizin təmiz və yumşaq olmasına səbəb olar. Dəniz duzundan pilinq məhsulu hazırlamaq üçün bir miqdar duzla qarışdırın və bulamac halına gətirin. İstəsəniz, gözəl ətirli yağlardan da qarışdırıb daha yumşaq hala gətirə bilərsiniz.

Üz problemlərinə qarşı mükəmməl vasitədir

Dəniz duzu cild quruluşunu aradan qaldırır. Üzünüzü uzun müddət saf dəniz duzu ilə yumaqla yumşaq və təmiz bir cildə qovuşa bilərsiniz.

Şampun kimi istifadə oluna bilər

Əsas da yağlı saçlardan əziyyət çəkən şəxslər dəniz suyunu şampun kimi istifadə edə bilər. Yağ aparan duz tez bir zamanda yağlanan saçlarınızı yumşaldar və tez-tez yuma məcburiyyətindən qurtarar.

Saçlarınıza forma verər

Dəniz duzunu həmçinin saça forma verən bir vasitə kimi də istifadə etmək olar. Saçlarınıza təbii həcm və dalğa qazandıran dəniz suyundan saç spreyi hazırlamaq üçün bir miqdar dəniz suyunun içinə hər zaman istifadə etdiyiniz bir saç baxımı yağını əlavə etməniz yetərlidir.

Tonik kimi istifadə oluna bilər

Cild toniklərini üzümüzü təmizlədikdən sonra cildimizi tamamən arındırmaq və cildimizi təravətləndirmək üçün istifadə edə bilərsiniz. Dəniz duzu da tonik şəklində üzə vurulduqda əla nəticə əldə edə bilərsiniz

Səidə Vahid

AzNews.az