Hüsniyyə Məhərrəmova AzTV-də Departament rəhbəri oldu

9 İyul 2019 16:10 (UTC+04:00)

Məşhur aparıcı Hüsniyyə Məhərrəmovaya Azərbaycan Dövlət Televizyasında vəzifə verilib.

AzTV-də Beynəlxalq Əlaqələr və Protokol Departamentinə rəhbər təyin edilən aparıcı AzNews.az-a təəssüratını bölüşüb:

“Hər şey bu günlərdə baş verdi. Ayın 1-dən bu vəzifəyə təyin edildim. Hər kəs məni aparıcı kimi tanıyır. Amma mən bir sıra beynəlxalq layihələrin icrasını həyata keçirmişəm. Bunu məhz AzTV gördü.

Nə zamansa AzTV-də işə düzələcəyimi ağlıma belə gətirməmişdim”.

Rəqsanə

AzNews.az