Türkiyədə qaçqınları daşıyan qayıq batdı

23 İyul 2019 14:22 (UTC+04:00)

Türkiyənin Muğla şəhərinin Bodrum rayonunun Ayvalık sahilləri yaxınlığında qaçqınları daşıyan qayıq batıb.

Türkiyənin sahil mühafizə gəmiləri qayıqdakı doqquz nəfərdən səkkizini xilas edib.

İtkin düşən bir nəfərin axtarışı davam edir.

Bundan əlavə bölgədə qayıqla ölkəni tərk etmək istəyən daha 11 nəfər saxlanılıb.(AZƏRTAC)

AzNews.az