Arıqlamaq istəyirsinizsə, həftədə bir dəfə özünüzü çəkin
29 İyul 2019 16:24 (UTC+04:00)
Türkiyəli dietoloq Ezgi Mısırlı sağlam arıqlamanın yolları açıqlayıb.
AzNews.az xarici KİV-ə istinadən həmin məlumatı sizə təqdim edir:
- Gündəlik 2-2,5 litr su qəbul edin,
- Həftədə ən azı 3 gün 40-45 dəqiqə fiziki işlə məşğul olmaq lazımdır,
- Gündə 6 dəfə qidalanmaq arıqlamanıza yardım edəcək (3 ana və 3 ara öynə),
- Hər hansı bir xəstəlik olmazsa (yüksək təzyiq, ürək rahatsızlığı kimi), gündə 2 fincan yaşıl çay içmək də arıqlamağınıza kömək edəcək,
- Yatmadan minimum 4 saat öncə axşam yeməyi yeyilməlidir,
- Minimum 2 saat öncə isə son ara öynə yeyilməlidir,
- Həftədə 1 dəfə eynı gün və saatda özünüzü çəkin,
- Həftədə 2 dəfə mütləq balıq yeyin.
Səidə Vahid
AzNews.az