Elit restoranda şirə əvəzinə yuyucu vasitə içən qız komaya düşdü

5 Avqust 2019 12:28 (UTC+04:00)

Fransada elit restoranlardan birində gənc xanım şirə əvəzinə ona səhvə verilən yuyucu vasitəni içdikdən sonra zəhərlənib, hazırda o, kritik vəziyyətdədir.

AzNews.az bildirir ki, bu barədə “Ouest-France” qəzeti yazır.

Hadisə ötən həftə 22 yaşlı qızın valideynləri ilə nahar etmək üçün gəldiyi Pornik (Atlantik Luara şöbəsi) kommunasında yerləşən “La Fontaine aux Bretons” hotelinin elit restoranında baş verib.

Valideynləri qızlarının içdikdən sonra qusduğu mayenin onun hətta paltar qarışıq dərisini də yandırdığını bildiriblər.

O, təcili olaraq Nantes şəhərinin xəstəxanasına çatdırılıb və süni koma vəziyyətinə salınıb.

Jandarmeriyadan verilən məlumata görə, maye tərkibində zəhərli natr olan “qabların yuyulması üçün sənaye vasitəsi" idi. İlkin araşdırmalara əsasən, içində bu maye olan konteyner səhvən soyuducuya sərinləşdirici içkilərlərin yanına qoyulub.

Həkimlər bildiriblər ki, gənc xanım həzm sistemini itirə bilər.

AzNews.az