Gözəl qoxulara çox düşkün olduğu bilinən Misir kraliçası Kleopatranın parfümü alimlər tərəfindən yenidən istehsal olunacaq.
AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Misirdəki arxeoloji qazıntılarda bir parfüm dükanı kəşf edilmişdi. Dükanda latın əlifbası ilə hazırlanmış parfüm formulları tapılıb. O formullar arasında Qədim Misir kraliçası Kleopatranın parfümünün da olduğu düşünülür.
ABŞ-lı iki professor mür ağacının yağından hazırlanan aromatın, kakule, zeytun yağı və darçının istifadə olunduğu parfümü 2 min illik reseptinə uyğun şəkildə yenidən hazlırlayacaqlar.
Səidə Vahid
AzNews.az