Amazonu söndürmək üçün 44 min əsgər ayrıldı

27 Avqust 2019 12:01 (UTC+04:00)

Dünyanın ən böyük tropik meşəsi olan Amazonda davam edən yanğını söndürmək üçün artıq 44 min əsgər ayrılıb.

Braziliya Prezidenti Jair Bolsonaro açıqlamasında hərbçilərin 7 əyalətdə yanğına qarşı mübarizəyə qoşulduğunu bildirib. Bundan başqa, dəstək üçün hərbi təyyarələr də ayrılıb.

Qeyd edək ki, Fransada təşkil olunmuş G7 sammitindən sonra yanğına qarşı mübarizə gücləndirilib.

Ölkə Prezidenti Emmanuel Makron çıxışında G7 liderlərinin texnika və maliyyə baxımından kömək edəcəyini bildirmişdi.(qafqazinfo.az)

AzNews.az