Məzarlıqdan gələn inilti səsinin səbəbi ortaya çıxdı: şok görüntülər - VİDEO

3 Sentyabr 2019 14:51 (UTC+04:00)

Türkiyənin Aydın bölgəsində yerləşən məzarlıqdan gələn inləmə səsləri insanları qorxuya salıb.

AzNews.az xəbər verir ki, ərazidə yaşayan insanların polisə xəbər verməsindən sonra hər kəsi qorxuya salan səsin sirri məlum olub.

Səsin qəbirlərdən birindən deyil, yaxınlıqdakı quyudan gəldiyi ortaya çıxıb. Quyuda naməlum şəxsin inlədiyi məlum olub.

Quyuya düşən gənc insanların yardımı ilə xilas edilib. Belə ki, bir qrup şəxs həmin quyuda qızıl olduğunu düşünərək axtarışa başlayıb. Onlardan biri könüllü olaraq quyuya enib. Lakin kəndir qırılıb və o, quyuda qalıb. Dostları isə onu orada tərk ediblər. Ayağı və qolu qırılan şəxs xəstəxanaya yerləşdirilib.

Aynur

AzNews.az