Bəzi qidalar var ki, bizim aylarla etdiyimiz idman məşqlərindən daha təsirlidir.
Elə dietoloqların bir çoxunun pəhriz zamanı məsləhət bildiyi yumurta kimi.
AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, sağlamlıq problemi olanlar və dərman istifadə edənlər bu dieti saxlamamalıdırlar.
İzin verilən içkilər: Qəhvə, çay, meyvə çayı, yaşıl çay, təzə qreyfurt suyu, su, mineral su.
Salatda olmalıdır: kahı, pomidor, kərəviz
Mühüm qaydalar: Alkoqol, kərə yağı, süd və yağ olmaz. Yemək arasında qəlyanaltılar, yeməklər arasında növbələr olmaz. Menyuda yazılanlar bir-bir yeyilməlidir, yalnız günlərin yeri dəyişə bilər.
1-ci gün
Səhər: 1 dilim tam buğda çörəyi + 1 böyük qızarmış pomidor
Nahar: istənilən miqdarda təzə meyvə
Şam yeməyi: 2 qaynadılmış bərk yumurta + 1 qreyfrut
2-ci gün:
Səhər: 1 qreyfrut + 1 qaynadılmış yumurta
Nahar: istənilən miqdarda bişmiş toyuq + 2 böyük təzə pomidor
Şam yeməyi: 1 kiçik qara tikə ət + salat
3-cü gün
Səhər: 1 qreyfurt + 1 qaynamış yumurta
Nahar : 2 qaynamış qatı yumurta + salata
Axşam: 2 tikə quzu əti + Kərəviz və xiyar
4-cü gün
Səhər: 1 dilim qızarmış tam buğda unundan çörək + 2 ədəd yumurta
Nahar : İstədiyiniz miqdarda təzə meyvə
Axşam: 2 tikə quzu əti+ Kərəviz və xiyar
5-ci gün
Səhər: 1 dilim qızarmış tam buğda unundan çörək + 2 ədəd yumurta
Nahar: 2 ədəd yumurta + 2 böyük təzə pomidor
Axşam: Təzə və ya suda konservə olunmuş balıq+ salat
6-cı gün
Səhər: 1 qaynanmış yumurta + 1 stəkan təzə qreyfurt suyu
Nahar: İstədiyiniz miqdarda təzə meyvə
Axşam: Sobada toyuq + kök və kələm
7-ci gün
Səhər: 2 yumurta + 1 böyük qızarmış pomidor
Nahar: 2 yumurta + ispanaq
Axşam: 1 kiçik ət tikəsi + salat
Səidə Vahid
AzNews.az