Tac-Mahal gecə ziyarətləri üçün də açılacaq

7 Sentyabr 2019 21:30 (UTC+04:00)

Hindistanın hakimiyyət orqanları turistlərin çoxsaylı xahişlərinə cavab olaraq Tac-Mahalı gecə ziyarətləri üçün də açmağı planlaşdırır.

Hindistan KİV-ləri xəbər verir ki, Tac-Mahala orta hesabla hər gün 22 min turist gəlir. Bəzən bu rəqəm gün ərzində 50 min nəfərə çatır. Bu problemin həlli üçün mavzoleydə üç saatdan çox qalanlar cərimələnir.

Hazırda ağ mavzoleyi ayda yalnız beş dəfə gecələr ziyarət etmək olur - bədirlənmiş aylı gecədə, ondan öncəki və sonrakı dörd gecədə.(AZƏRTAC)

AzNews.az