Kataloniya “Barselona”sının forvardı Lionel Messi 2021-ci ildə müqaviləsinin müddəti bitdikdən sonra klubu tərk edərək, Şimali Amerikaya köçə bilər.
AzNews.az-ın məlumatına əsasən, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri yazır.
Onun Ali futbol liqasına (MLS) keçmək imkanını nəzərdən keçirdiyi bildirilir.
Xatırladaq ki, ötən mövsümdə argentinalı futbolçu rəqibin qapısından 51 top keçirmək və 22 nəticə verən ötürmə etməklə, klubun tərkibində 50 oyun keçirib. Messi ötən mövsümdə isə İspaniya çempionatında qələbə qazanıb.
AzNews.az