Dinozavra bənzəyən balıq tutuldu - Şok görüntü

17 Sentyabr 2019 10:56 (UTC+04:00)

Norveçdə bir balıqçının tutduğu qəribə görünüşlü balıq hər kəsin marağına səbəb olub. Daha öncə rast gəlinməyən özəlliklərə sahib balıq çox keçmiş zamanlardan günümüzə gəlib çıxmış kimi görünür.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Norveçin Andoya adasında balıq ovlayan 19 yaşlı gənc balıqçı Oscar Lundahl tilovuna düşən balığı görəndə heyrətə gəlib. Daha öncə tutduğu heç bir balığa bənzəməyən balığın forması dinozavr quyruğunu xatırladır. Gözləri başı ilə demək olar ki, eyni boydadır.

Dənizin 800 metr dərinliyində yaşayan bu balıq 300 milyon il öncə yaşamış köpək balığı ailəsinə aiddir.

Səidə Vahid

AzNews.az