Bakıda 600 metr uzunluğunda yeni körpü

16 May 2013 08:58 (UTC+04:00)


Cəmiyyətin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tikintisinə 2011-ci ilin fevral ayında başlanılan yol ötürücüsünün uzunluğu 600 m, eni 28,5 m, yanaşma yolları 272 m, aşırım hissəsinin uzunluğu isə 328 m təşkil edir. 3 gediş, üç gəliş olmaqla 6 hərəkət zolağı üçün nəzərdə tutulan yolötürücüsü 10 aşırımdan ibarətdir. Ümumilikdə işlərin 90 faizi yerinə yetirilib.

Yanaşma yolları istisna olmaqla, yolötürücüsündə tikinti işlərinin yaxın 1-2 ay ərzində başa çatdırılması planlaşdırılır.

AzNews.az