Hamının səhər rejiminə daxil olan bir vərdişi demək ki, yanlış zamanda etdiyimiz üçün işə yaramırmış.
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, öz “Youtube” kanalı və çox izlənən bir televiziya proqramında dermatoloq Sandra Lee hamımızın yanlış bildiyimiz bir şeylə bağlı məlumat verib.
Bir çoxumuz üçün səhərlər oyanıb işə, ya da məktəbə getmədən öncə duş qəbul etmək və qoltuq altlarımıza “roll-on” adı verilən tərləməyimizin qarşısını alacaq dezodorantlar vurmaq bir rejimdir.
Dr. Sandra Lee “roll-on” istifadəsini gece yatmadan öncə etdiyini, doğru istifadənin bu şəkildə olduğunu bildirib. Onun sözlərinə görə gecələr tər vəzilərimiz passiv olduğu üçün belə istifadə daha məqsədəuyğun sayılır.
Səidə Vahid
AzNews.az