MSK Rəfael Cəbrayılovla bağlı qərar verəcək - Sabah

1 Oktyabr 2019 11:49 (UTC+04:00)

Oktyabrın 2-də Mərkəzi Seçki Komisiyasında Rəfael Cəbrayılovun Milli Məclisdən istefa verməsi ilə bağlı müraciətinə baxılacaq.

Bu barədə AzNews.az-a Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Şahin Əsədli deyib.

O bildirib ki, oktyabrın 2-də saat 16:00-da Mərkəzi Seçki Komissiyasının iclası olacaq:

“İclasda Rəfael Cəbrayılovun parlamentə müraciət edərək deputat səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılacaq”.

Qeyd edək ki, sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk iclasında Rafael Cəbrayılovun mandatından imtina etməklə bağlı parlamentə müraciət edib.

Xatırladaq ki, Milli Məclisin deputatı R.Cəbrayılov əvvəlcə Xatirə Nəcəfovadan 200 min dollar borc alması müqabilində deputat vəsiqəsini girov qoyub. O, notarial qaydada təsdiq olunmuş şəkildə 9 sentyabr 2015-ci ildə aldığı pulu ödəyə bilməyib.

Xatırladaq ki, Rəfael Cəbrayılovun 200 min dollar borc aldığı Xatirə Nəcəfovanın BDU-nin Hüquq fakültəsinin müəllimi olduğu deyilir.

Bahar RÜSTƏMLİ

AzNews.az