AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Yığıncaqda Azərbaycan Premyer Liqasının VI turunun “Qəbələ” – “Neftçi” matçı başa çatdıqdan sonra yaşananlar müzakirə olunub.
“Neftçi”nin futbolçusu Rauf Əliyev azarkeş ilə münaqişəyə girdiyi üçün oyunçuya, azarkeşlərinin davranışına görə isə “Qəbələ”yə ciddi xəbərdarlıq olunub. Bu hallar yenidən təkrarlanacağı təqdirdə ciddi sanksiyalar tətbiq ediləcək.
AzNews.az