Moskvada azərbaycanlılar həbs olundular
17 May 2013 21:43 (UTC+04:00)
Moskvanın cənub-qərbində hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan, Özbəkistan və Tacikistandan olan 350 qeyri-qanuni mühaciri saxlayıblar.
Bu barədə APA "Russkaya slujba novostey"ə istinadən məlumat verir.
Xüsusi təyinatlı polis dəstəsinin döyüşçülərinin müşayiəti ilə mühacirlər polis məntəqəsinə çatdırılıblar.
Məhkəmənin qərarı ilə saxlanılan mühacirlərdən 9 nəfəri Rusiyadan çıxarılacaq.
AzNews.az