Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.
Belə ki, 1985-ci il təvəllüdlü Hacıyeva Rəksanə Malik qızı yolu keçmək istəyərkən naməlum avtomobil onu vuraraq hadisə yerindən qaçıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona kəllə-beyin travması və baldır sümüyünün sınığı diaqnozu qoyulub.
AzNews.az