Müasir və müstəqil Azərbaycanımızın milli dövlətçilik tarixi ulu öndər, dahi səxsiyyət Heydər Əliyev dühası ilə bağlıdır. Müdrik xalqımız ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında yeni təfəkkür, böyük peşəkarlıq və müasir yanaşma tərzi ilə parlaq gələcəyə doğru inamla irəliləyir.
Dövlət başçımızın rəhbərliyi ilə olkəmiz 16 il ərzində böyük inkişaf yoluna qədəm qoymuş və beynəlxalq arenada özünə məxsus yer tutmuşdur. İqtisadi artımın 3 dəfədən çox olması, “ Asan xidmət “ və “ Dost mərkəzləri”nin vətəndaşlarımıza yüksək səviyyədə xidmətləri, Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi, TANAP və TAP layihələrinin reallaşdırılması, ölkəmizə 270 milyard dollardan çox sərmayə qoyuluşu, Azərbaycanın ən islahatçı 20 ölkə arasında olması, Dünya Bankının yaydığı hesabatda Azərbaycan “ Doing Business 2020 “ reytinqində 190 ölkə arasında 34-cü yeri tutması bunun bariz nümunəsidir. Məhz Dünya Bankının hesabatına əsasən Prezident İlham Əliyevin 28 fevral 2019-cu il tarixində “ Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ Fərmanı ilə problemli kreditlərin azalması, kreditləşmə sahəsində aktivliyin yüksəlməsi, kreditlərin verilməsi əmsalının artması və sosial-iqtisadi, maliyyə, vergi və digər istiqamətlərdə dövlət tərəfindən davamlı olaraq aparılan islahatlar fonunda ölkədə iqtisadi aktivlik daha da artacaq, aşağı səviyyəli inflyasiya qorunub saxlanılacaq və növbəti illərdə əhalinin yaşayış standatrlarının davamlı olaraq yaxşılaşması təmin ediləcək.
Prezident İlham Əliyev Azərbaycan naminə çox böyük və uğurlu siyasət aparır, Rusiyada “ Valday “ Beynəlxalq Diskussiya Klubunun sessiyasında və Turkmənistanda MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışları və qətiyyətli mövqeyi, 14-15 oktyabr tarixlərində Türk Şurasının 7-ci Zirvə Görüşünün Bakıda keçirilməsi və Türk dövlətlərinin siyasi və iqtisadi cəhətdən daha da yaxınlaşması, 25-26 oktyabr tarixlərində paytaxtımızda 60-dan çox ölkənin dövlət və hökumət başçıları, 158 ölkədən nümayəndə heyətinin iştirakı ilə Qoşulmama Hərəkatının 18-ci Zirzə Görüşünün keçiriləcəyi və bu tədbirdə dörd mühüm sənədin imzalanacağı, ölkədə aparılan və davam edən köklü kadr islahatları.
Bəli, Prezident İlham Əliyevin rəhbərliyi ilə sabit, dayanıqlı və dinamik inkişaf yolunda olan Azərbaycanımiz var. Ölkə rəhbərinin bütün sahələrdə qətiyyətli mövqeyi xalqımızın böyük rəğbətini və dəstəyini qazanmışdır. Prezident İlham Əliyev Mikayıl Cabbarovu yeni vəzifəyə - İqtisadiyyat naziri təyin olunması ilə əlaqədar qəbul edən zaman bildirdi:
“Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq aliblar və Siz Nazir kimi çalışmalısınız ki belə hallara yol verilməsin, əgər yol verilərsə dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkara nəfəs verməliyik ki, onlar rahat işləsinlər.Vergidən başqa heç bir ödəniş ola bilməz”.
Dövlət başçısı vətənpərvər, dünyagörüşlü, təcrübəli və savadlı gənclər barədə bu sözləri dedi:
“Artıq zaman gənclərindir, gərək gənclərə yol verək ki, onlar da yetişsinlər, inkişafımız bununla da uzunmüddətli və dayanıqlı olsun. Gənclər elə yetişməlidir ki, gələcəkdə onlar ölkəmizi layiqincə idarə edə bilsinlər. Gənclər milli ruhda tərbiyə olunmalıdır, indi Siz də yaxşı bilirsiniz, bu qloballaşma adı altında demək olar ki, bəzi ölkələrin, xalqların milli mənliyi elə bil silinmək təhlükəsi ilə üzləşib. Qloballaşma adı altında eyniləşmə gedir, bəzi xalqlara yad olan dəyərlər aşılanır və biz buna müqavimət göstəririk. Biz elə gənclər yetişdirməliyik ki, onlar Vətənə, xalqa baglı olsunlar, müstəqilliyi hər şeydən üstün tutsunlar. Ona gorə də gənc kadrların qabağa çəkilməsi onlara imkan verir ki, həm təcrübə toplasınlar, həm də artıq yaşlı kadrlar öz məsləhətlərini verməklə onları düzgün yola yola istiqamətləndirirlər”.
Haqsız rəqabətlə bağlı Prezident İlham Əliyev bunları söylədi:
“Buna təkan verən dövlət məmurlarıdır, hansıların ki biznes maraqları var. Onlar öz imkanlarından istifadə edərək rəqibləri sıradan çıxarırlar, bəzi hallarda şərləyirlər. Elə şərait yaradırlar ki, onlar məcbur olub ya bizneslərini satsınlar, ya da ki çıxıb getsinlər. Buna da yol vermək olmaz, heç kimdən çəkinmədən. Heç kim, heç bir imtiyaza sahib ola bilməz. Bir imtiyaz var: vergi vermək, Vətənə ləyaqətlə xidmət etmək və pozuntulara yol verməmək”.
Ölkəmizdə hazırda Prezident İlham Əliyevin başçılığı ilə böyük islahatlar gedir və bu islahatlar ölkə əhalisinin böyük dəstəyini və rəğbətini qazanmışdır. Dövlət başçımızın uğurlu siyasətini qəbul etməyən səriştəsiz cəbhə-müsavat ünsürlərin, “söyüş” taktikası seçmiş muhacirətdə olan soydaşlarımızın əməlləri və 19 oktyabrda şəhərin mərkəzində, əhalinin sıx yaşadığı “28 may” metrosunun yanında asayişi və sabitliyi pozmaq məqsədilə icazəsiz keçirilən mitinq ölkə əhalisinin böyük hiddətinə səbəb olmuşdur. Xalqımız olkəmizin sabitlik, inkişaf və islahatlar yolunda qətiyyətli və dönməz addimlar atan cənab Prezident İlham Əliyevin ətrafındadir və bütün sahələrdə ölkə başçısına dəstəkdirlər.
Olkəmiz böyük islahatlar ərəfəsindədir və bu islahatlarda Birinci vitse-prezident Mehriban xanım Əliyeva dövlət başçımıza böyük dəstək verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun “ yeniləşən Azərbaycana yeni məktəb “ və “ təhsilə dəstək “ proqramları çərçivəsində layihələr ugurla davam etdirilir.
Görülmüş işlərə nəzər salaq: “Türkan qəsəbəsi 262 və 119 saylı, Masazır qəsəbəsi 3, 4 və 5 saylı, Binə qəsəbəsi 117 və 326 saylı, Badamdar qəsəbəsi 236 saylı, Xaçmaz rayonu Şimalı və Palıdlı kənd, Şabran rayonu Gilavar kənd, Yevlax rayonu Kövər kənd, Beyləqan şəhərində 8 saylı, Ağsu rayonunda Bico kənd, Şamaxı rayonu Meysərli və Məlikçobanlı kənd, Gəncə şəhəri 18 və 34 saylı, Pakistanın Müzəffərabad şəhərində Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni, Vyetnamın Ha Giang əyalətinin Giap Trung qəsəbəsində ibtidai, Moskvada Kərim Kərimov adına 157 saylı azərbaycan etnomədəni mənşəli, Gürcüstanın Marneuli şəhərindəki 7 saylə Azərbaycan ümumtəhsil, Bolnisi rayonu Həsən Xocalı və Cəfərli kəndlərində, Tiflisdəki M.F.Axundzadə adına 73 saylı orta, Qardabanidəki 3 sayli Azərbaycan, Dmanisidəki 2 saylı Azərbaycan beynəlxalq orta, Rusiya Federasiyası Ulyanovsk şəhərindəki 78 saylı məktəblərinin inşa və təmirləri“.
Prezident İlham Əliyevin bütün sahələrdə qətiyyətli mövqeyi və düşünülmüş siyasəti nəticəsində Azərbaycanımız dünyada güclü dövlətlərdən birinə çevriləcək, Daglıq Qarabag və ətrafındakı torpaqlarımiz özümüzə qaytarılacaqdır.
Ulu Tanrı Azərbaycanımızı və Prezidentimizi qorusun!
Zakir Göyüşlü
texnika elmləri üzrə fəlsəfə doktoru