Kataloniya heç vaxt müstəqil olmayacaq

30 Oktyabr 2019 15:07 (UTC+04:00)

Kataloniya heç vaxt İspaniyanın tərkibindən çıxmayacaq.

Bunu “Antena 3” televiziyasına müsahibəsində İspaniya Baş naziri Pedro Sançes deyib.

“Kataloniya problemi heç vaxt əldə edilməyəcək müstəqillik məsələsindən ibarət deyil.

Kataloniyada birgə yaşayış problemi var. Biz siyasi baxımdan müstəqillik hərəkatının uğursuzluğuna şahid olduq”, – deyə o bildirib. (Axar.az)

AzNews.az