“SpaceX” və Tesla Motors” şirkətlərinin qurucusu İlon Mask bir yutubçunun 20 milyon ağac əkmək hədəfi ilə başlatdığı aksiyaya 1 milyon dollar bağışlayıb.
20 milyon izləyicisi olan “MrBeast” ləqəbli yutubçu Cimmi Donaldson aksiyanı sosial şəbəkədə elan edib.
“Teemtrees” haştaqı ilə başladılan kampaniya çərçivəsində 1 ağacın dəyəri 1 dollardır. İlon Mask da aksiyaya qoşulduğunu Tvitterdən elan edərək adını “Treelon” olaraq dəyişib və 1 milyon dollar bağışladığını bildirib.
İndiyədək ağacəkmə aksiyası üçün 8 milyon dollar toplanıb.(qafqazinfo.az)
AzNews.az