İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib

1 Noyabr 2019 13:46 (UTC+04:00)

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edib.

Daha öncə İsrail Xarici İşlər Nazirlyinin rəsmi nümayəndəsi Nitsar Amer bildirmişdi ki, oktyabrın 30-da tətilə başlayan bütün İsrail diplomatik nümayəndəlikləri noyabrın 1-də işlərini bərpa edəcəklər.

Qeyd edək ki, 30 və 31 oktyabr tarixlərində İsrailin bütün 103 diplomatik nümayəndəliyi əmək münaqişəsi səbəbiylə fəaliyyətini dayandırmışdı.