Kişini bıçaqlayan qadının məhkəməsi başlayır

7 Noyabr 2019 19:10 (UTC+04:00)

Bakıda qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Günay Eyvazovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu il iyulun 7-də Qaradağ rayonunda qeydə alınıb. 1988-ci il təvəllüdlü Məhərrəmov Mətləb Sahib oğlu münaqişə zəminində Günay Eyvazova tərəfindən bıçaqlanıb.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.(apa.az)

AzNews.az