Tanınmış müğənni Mahsun Kırmızıgül ilk dəfə olaraq türkiyə film sektorunda Daun sindromlu uşaqları filmə çəkib.
Mahsun “Mucize 2 Aşk” filmində 147 Daun sindromlu uşağa yer verib.
147 Daun sindromlu uşağı filmdə çəkən Mahsun bundan çox məmnun qaldığını və onlar sayəsində çəkilişlərin əyləncəli keçdiyini bildirib:
“Sonunda Milli Daun Sindrom Dərnəyi ilə tanış ola bildik. Film haqqında onlara məlumat verəndə rəhbərlər və ailələr canla-başla bizə razılıq verdi. Hər biri yanımızda oldu. Bütün aktyorlar uşaqlar sayəsində gözəl gün keçirdilər. Uşaqlar da xoşbəxt oldu”.(oxu.az)
AzNews.az