Meksika körfəzində dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib.
7-8 nəfərlik qrup gəmiyə qalxaraq dənizçilərə atəş açıb.
Hadisə nəticəsində 2 dənizçi yaralanıb. Quldurlar gəmini qarət edərək, hadisə yerindən uzaqlaşıb.
İnsidentdən sonra layner Meksikanın hərbi gəmisinin müşayiəti ilə sahilə çatdırılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hücuma məruz qalan gəmidə 35 nəfər olub.(trend.az)
AzNews.az