Tanınmış telejurnalist Mir Şahin Real TV-dəki müəllif proqramı "Mir Şahinin vaxtı"nda Əli İnsanova məxsus olan Bakıdakı başqa mənzillərinin ünvanını, bağ evlərindən müsadirə olunan pullarının miqdarını, Müsavatın və AXCP-nin mühacir alverindəki rolları və bunu sübut edən yeni arayışın əsli ilə bağlı faktları açıqlayıb.
AzNews.az həmin proqramı təqdim edir:
"Real Təhlil və İnformasiya Mərkəzindəsiniz. Bizim vaxtdır.
Təhlil axşamının maraqlı olacağına söz veririk. Azərbaycanın paytaxtı Bakı bu həftə Allahın Qəbul otağına çox oxşadı. Dünyanın demək olar ki bütün dua deyən ağızları burada idi. İlham Əliyev İkinci Bakı Sammitinin qonaqları ilə görüşdə səmimiyyətin beynəlxalq dərəcəsini nümayiş etdirdi. Nə idi bi, necə idi bu və kimilə idi bu: bu mövzunu araşdıracağıq. Yəni anlaşacaq ki, niyə İlham Əliyev hər fürsət düşəndə qaragüruhun keçmişini xatırlayır. Axı niyə Prezident hətta Azərbaycandan kənarda, artıq Azərbaycana kənardan gələnlərlə də söhbətdə qaragüruhun tarixcəsinə ekskurs edir.
Özü də hər dəfə daha sərt ritorika daha detallı izahla.
Cəmil Həsənli-Əli Kərimli güruhunun ardınca İsa Qəmbər-Arif Hacılı güruhunun da tam iflasa, həm də küçədə uğraması və bununla da ölkə müxalifətində tam bir yenilənmə ərəfəsinin yaranmasının, post güruh periodu üçün yeni opponentlik imkanların yaranmasından danışacayıq. Arif Hacıllı və Əli Kərimlinin xüsusi növ insan alverində oynadıqları ata qızılgülü rolundan, xaricdəki istixanalarda yetişdirdikləri geni naməlum şitillərin təyinatından bəhs edəcəyik. Və heç şübhəsiz ki, Əli İnsanovun zühuru, daha doğrusu xortlamasının səbəblərini, İsa Qəmbərin Müsavatın simvolu Məmməd Əmin Rəsulzadənin mənəvi yolundan korrupsiyanın simvolu Əli insanovun maddi yolunadək düşməsinin detalları ilə işləyəcəyik. Bir sözlə işimiz çox olacaq. Ona görə də saatlarınızı vaxtımıza bir qədər uzun müddət üçün qurmağınızı xahiş edirəm.
Beləliklə. Başlayırıq Allahın adı ilə. Azərbaycan bu həftə dünyanın bütün dillərinə Yaradanla birlikdə tərcümə edildi. Bu həftə Bakısının suyu həm Məkkəyə həm Vatikana, həm məscidə, həm kilsəyə, həm sinaqoqa, həm Budda məbədinə çəkirdi. Dəstəmaz suyu və xaç suyu bir qibləyə axdı. Dövlətimizin mərkəzi iki gün həm də bəşəri hisslərin, planetar anlayışın mərkəzinə çevrilmişdi. Dünya Dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsinin əhəmiyyətini, dünyanın idarə olunmasında həm maddi, həm mənəvi Azərbaycançılığın yerini Prezident Əliyev sərrast ifadə etdiyindən elə onun rəyilə də davam edəcəyik. Amma ona qədər İlham Əliyev Azərbaycanda dinlərarası mühitin kökə, ənənəyə söykəndiyini tarix boyu məscid, kilsə və başqa məbəd binalarının əsrlər boyu baş-başa minarə-minarəyə, qübbə-qübbəyə, gümbəz-gümbəzə mövcud olması ilə əla izah etmişdi. Və onu da unutmayaq ki, 2019-cu ilin başqa adı da var. Və dini liderlərin zirvə görüşü bəşəriyyətin ən ümuminsani şairi, umumdini mütəfəkkiri olan Nəsimi ilində keçirilirdi.
Prezident---uçmaq ilə rizvan mənəm, damu ilə niran mənəm, Dana ilə nadan mənəm, həm inu, həm an olmuşam. Gəh çıxmışam İsa kimi, çərx üstünə oturmuşam, Gəh varmuşam Yusif kimi, Misirdə sultan olmuşam-deyən İnsanın özü demişkən külliinsanın – Nəsiminin ruhunun dolaşdığı planetin maketini Azərbaycanda yaratmışdı. Azərbaycan insanı, öz milli kökünə, mənə söykənir, amma səmaya həm də onlara doğru böyüyür. Fəlsəfə belədir. Kökdə mənəm. Ucalqıda isə hamı.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Beynəlxalq təşkilatlar, eyni zamanda, dünya dini liderləri Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirirlər. Azərbaycana bir neçə dəfə səfər etmiş Zati-müqəddəsləri Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Azərbaycana səfər etmiş Roma Papası Fransisk, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etmiş şəxslər Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə təşkil edilməsi haqqında dəfələrlə öz sözlərini demişlər. Bu sözlər, bu yüksək qiymət bizim üçün çox dəyərlidir və bu, reallığı əks etdirir.
Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən Zirvə görüşünün mövzularından biri də məhz bu, olacaq. Çünki biz görürük ki, dünyada, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə uyğun olmayan yeni “dəyərlər” aşılanır. Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Yenə də deyirəm, Azərbaycanda bu istiqamətdə aparılan siyasət - həm dövlət, həm dini liderlər tərəfindən aparılan siyasət, hesab edirəm ki, çox böyük qiymətə layiqdir.
Azərbaycan multikulturalizm dəyərlərini təbliğ edən ölkələrdən biridir. Multikulturalizm Azərbaycanda həm həyat tərzidir, həm də dövlət siyasətidir. Təsadüfi deyil ki, Azərbaycanda bu istiqamətdə bir çox önəmli addımlar atılmışdır və bir neçə mötəbər beynəlxalq tədbir keçirilmişdir. Tədbirlərin bəziləri ənənəvi xarakter daşıyır. Məsələn, Bakı Humanitar Forumu ənənəvi olaraq keçirilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT tərəfindən dəstəklənir. BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Dünya dini liderlərinin Zirvə görüşləri, yəni, bütün bu tədbirlərin bir məqsədi var - dinlərarası dialoqu möhkəmləndirmək, dini ayrı-seçkiliyə qarşı birgə mübarizə aparmaq, multikultural dəyərləri təbliğ etmək və beləliklə, dünyada gedən müsbət proseslərə öz töhfəmizi verməkdir. Çünki biz yaxşı görürük və mətbuatdan da izləyirik ki, dini zəmində, etnik zəmində, məzhəb zəminində bir çox xoşagəlməz hallar - münaqişələr, qarşıdurmalar, müharibələr, qardaş qanının axıdılması baş verir. Əfsuslar olsun ki, bəzi hallarda psevdodini şüarlar altında cinayətlər törədilir. Biz bu istiqamətdə öz səylərimizi birləşdirməliyik".
Prezident həmişə olduğu kimi bu dəfə də Azərbaycana planetin parçası, dünyanın davamı və ya başlanğıc nöqtəsi tək yanaşdı. Lider qarşısındakılara bir Azərbaycan nümunəsi göstərir, sabitliyin, abadlığın və faydalılığın Bakı modelini təklif edirdi. Ona görə də İlham Əliyevin çıxışındakı əksər notlar milli hövzədən çıxır və bəşəri okeana qovuşur. Prezident Yaradan adına ucalan tribunadan Azərbaycanın tanıtımı üçün istifadə edir. Heç bir dövlət ideoloji istinadsız, ikonasız və ya minarəsiz keçinmir. Azərbaycan üçün məscid, kilsə, sinaqoq digər məbədlər nədirsə, Heydər Əliyev də siyasi-ideoloji qiblə nəzər-nöqtəsindən odur. Müasir Azərbaycan dövləti Heydər Əliyevçilik istinad divarlarına dayanır. Prezidenti dinləyək:
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə tənzimlənir. Dövlət-din münasibətlərinin əsasını ulu öndər Heydər Əliyev qoymuşdur. Heydər Əliyev Azərbaycan xalqının böyük oğludur və bütün dövrlərdə - həm sovet dövründə, həm müstəqillik dövründə xalqa ləyaqətlə xidmət etmişdir. Dövlət-din münasibətlərinin təməlini məhz Heydər Əliyev qoymuşdur, necə ki, müasir Azərbaycanın bütün başqa istiqamətlər üzrə inkişaf konsepsiyası onun adı ilə bağlıdır. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyinə nail olmuşdur. Ancaq ilk iki ildə müstəqillik formal xarakter daşıyırdı. Demək olar ki, ölkə idarəolunmaz vəziyyətdə idi. Xüsusilə 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi tərəfindən həyata keçirilmiş hərbi çevriliş nəticəsində vəziyyət daha da ağırlaşdı, Azərbaycan dərin böhrana düçar oldu, ölkəni xaos, anarxiya, özbaşınalıq bürüdü. Eyni zamanda, dinlərarası, millətlərarası münasibətlərə böyük ziyan vuruldu. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti tariximizin qara ləkəsidir. Bu, rüsvayçılıq dövrüdür və təsadüfi deyil ki, Azərbaycan xalqı bu antimilli, satqın və qorxaq hakimiyyətə cəmi bir il dözə bildi, bir ildən sonra öz liderinə üz tutub Heydər Əliyevi hakimiyyətə dəvət etdi və ona ölkənin gələcəyini etibar etdi.
Heydər Əliyev hakimiyyətə gələndən sonra, ilk növbədə, qanunsuz silahlı birləşmələrin tərk-silah edilməsi istiqamətində önəmli addımlar atdı, erməni işğalının qarşısını aldı və Azərbaycan işğal altında olmuş bəzi torpaqları geri qaytara bildi. Ölkədə sabitlik bərqərar oldu, inkişaf yoluna qədəm qoyuldu. Biz beynəlxalq təcriddən çıxa bildik, iqtisadi və siyasi islahatlar aparılmağa başlandı. O cümlədən dövlət-din münasibətlərinin formalaşması Heydər Əliyevin adı ilə bağlıdır. Eyni zamanda, şeyx həzrətləri bu istiqamətdə çox böyük fədakarlıq və fəaliyyət göstərmişdir. Mən bu işlərin şahidi kimi deyə bilərəm ki, Heydər Əliyevin və şeyx həzrətlərinin dostluğu dövlət-din münasibətlərinin formalaşmasında həlledici rol oynamışdır. Şeyx həzrətləri bu gün də dövlət-din münasibətlərinin sağlam zəmində davam etdirilməsi istiqamətində böyük işlər görür, Azərbaycanı dünyada təbliğ edir. Onun rəhbərliyi ilə aparılan işlər həm Azərbaycan xalqı tərəfindən, həm də dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Hər il bir neçə ölkədə şeyx həzrətlərinin təşəbbüsü və rəhbərliyi ilə mötəbər beynəlxalq tədbirlər keçirilir. Həm Azərbaycanda, həm Qafqazda, həm də dünyada böyük nüfuz qazanmış şeyx həzrətləri din-dövlət münasibətlərinin necə tənzimlənməsi istiqamətində atılan addımları ölçüb-biçir və bu addımlar ölkəmizin ümumi inkişafını dəstəkləyir. Çünki hər bir ölkənin sabitliyi hər bir ölkənin gələcəyi deməkdir. Sabitlik pozulan yerlərdə inkişafa da yer qalmır. Əfsuslar olsun ki, son illər ərzində dini zəmində müxtəlif ölkələrdə iğtişaşlar, müharibələr, münaqişələr baş alıb gedir. Əfsuslar olsun ki, bir çox hallarda dini şüarlar altında böyük cinayətlər törədilir.
Şeyx həzrətləri Azərbaycanın ümumi inkişafına çox böyük töhfə vermiş böyük şəxslərdən biridir. Bu ilin avqust ayında mənim Sərəncamımla Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeni şeyx həzrətlərinə verilmişdir və bu gün təntənəli şəkildə bu yüksək mükafat şeyx həzrətlərinə təqdim ediləcəkdir.
Dinlərarası münasibətlərə gəldikdə, hesab edirəm ki, bu münasibətlərin spektri kifayət qədər genişdir. Biz Azərbaycanda ümumi konsepsiyaya baxdıqda görürük ki, bir neçə istiqamət var, bu, sadəcə olaraq, dini liderlərin bir-biri ilə əlaqədə olması demək deyil. Bu, müxtəlif tədbirlərin keçirilməsidir və önəmli mesajların verilməsidir. Mən bu tədbirlərin arasında Azərbaycanda bir neçə il bundan əvvəl keçirilmiş I Avropa və IV İslam Həmrəyliyi oyunlarını da qeyd etmək istəyirəm. Baxmayaraq ki, bu, idman yarışlarıdır, ancaq bu yarışların çox böyük siyasi mənası vardır. Çünki təsəvvür edin, cəmi iki il ərzində bir ölkədə, bir şəhərdə İslam ölkələrinin və Avropa ölkələrinin idmançıları yarışır və eyni zamanda, dostluq əlaqələri yaradırlar. Çünki bu oyunlar, sadəcə olaraq, idman yarışı deyil. Bu oyunlar Azərbaycanda bir dostluq festivalına, dostluq bayramına çevrilmişdir. Hər iki idman yarışında 100-dən çox ölkə təmsil olunurdu, minlərlə idmançı, məşqçi, qonaq iştirak edirdi və əlbəttə ki, bu oyunların dinlərarası, mədəniyyətlərarası dialoqun təşviqində böyük rolu vardır".
Məsələnin mahiyyəti də elə budur. Prezidentin daxili və xarici siyasətinin bir-birini tamamlaması. Sammit mövzusuna az sonra qayıdacam. Amma indi kiçik bir haşiyə. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovu qəbul edərkən Prezidentin çıxışını xatırlayaq. Gəlin izləyək ki, Prezident Cavid Qurbanovla söhbətdə hansı mətləbdən başlamışdı.
Sammitə qayıdaq: Prezident ilk baxışdan dinlə əlaqəsi olmayan bir mövzunu önə çəkir. Amma elə bir neçə dəqiqədən sonra məlum olur ki, Allah yolu kimi insan yolu da konseptuallıq baxımından bir-birinin davamıdır . İstər duaların yanıyla dövr edən peyk olsun, istərsə də relslər.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Azərbaycan texnoloji inkişafa böyük önəm verir və bu gün dünyanın məhdud sayda olan kosmik klubunun üzvüdür, üç peykimiz var. Önəmli nəqliyyat layihələri icra edilir. Bu layihələr, sadəcə olaraq, nəqliyyat layihələri deyil, bu, əməkdaşlıq layihələridir. Çünki nəqliyyat elə bir sahədir ki, qonşu ölkələr və digər bölgə ölkələri bir-birindən asılı olurlar. Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkə kimi artıq beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilmişdir - Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir".
Prezident dedi ki, ötən il 10 illiyini qeyd edən “Bakı Prosesi” Azərbaycanın təşəbbüsüylə başlanıb və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. Bu faktın bir mühüm mənası da ondan ibarətdir ki, BMT “Bakı Prosesi”ni dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edir. Bir incə məqam üzərində dayanaq. Ona görə ki, dövlət başçısının yürütdüyü xətti tam başa düşmək üçün bunu etməyimiz vacibdir. Hədəfdə bir avrasiyalıq, daha doğrusu planetar mənada bir beynəlxalq asan xətti var. Avropa və Asiyanın xabı olmaq.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “2008-ci ildə Bakıda Avropa Şurasının Mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir və biz qərara gəldik ki, bu toplantıya İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Mədəniyyət nazirlərini dəvət edək və beləliklə, birinci təmas yarandı. Ondan sonra 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin toplantısına biz Avropadan nazirləri dəvət etdik. Azərbaycan nadir ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzvdür və biz bu imkandan istifadə edib “Bakı Prosesi”nə start verdik. Bayaq qeyd etdiyim kimi, bu gün beynəlxalq aləmdə “Bakı Prosesi” çox yüksək qiymətləndirilir və bu, doğrudan da nadir əməkdaşlıq formatıdır".
Mənzərə tam aydındır. Bəşərilik. Hamı üçün faydalı olmaq. Siyasətin beynəlxalq dilinin yalnız anatomik olmadığının izahı. Həm də ruhun, yanaşmanın dilində davranmaq. Buna görə də həm Qoşulmama Hərəkatı, həm NATO-Rusiya Baş Qərargahlarının təması, həm Avropa oyunları, həm Asiya oyunları, həm türkdilli dövlətlərin zirvəsi, həm dünyanın bütün dinlərinin az qala bir dünyəvi dərgah olaraq Azərbaycanı seçməsi eyni xəttin reallığıdır. Və bütün bu layihələrin müəllifi olan dövlət həm də həyəcan təbili döyür. Öz dərdini, qayğısını misal çəkərək bu nümunə fonunda vahid həll platforması tapmaq! Qarabağ Azərbaycandır və nida işarəsi!
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: “Dinlərarası dialoqdan danışarkən, əlbəttə ki, biz təkcə müsbət məqamların qeyd edilməsi ilə kifayətlənməməliyik. Eyni zamanda, münaqişələri din amilinə bağlamaq cəhdlərini də çox ciddi şəkildə pisləməliyik. Bu nümunələrdən biri uzun illər davam edən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsidir. Bildirməliyəm ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Azərbaycan xalqı əsrlərboyu bu torpaqda yaşayıb yaratmışdır və qədim xəritələrdə, eyni zamanda, Çar Rusiyasının XX əsrin əvvəllərində çap edilmiş xəritələrində Dağlıq Qarabağa aid olan ərazidə bütün toponimlər Azərbaycan mənşəlidir. Qarabağ xanlığı Azərbaycan xanlığı olmuşdur. Sadəcə olaraq, XIX əsrin əvvəllərində ermənilər Dağlıq Qarabağa köçürülmüşlər və XX əsrdə orada milli tərkib böyük dərəcədə deformasiyaya uğramışdır. Onu da bildirməliyəm ki, bolşevik inqilabından sonra respublikalar arasında cızılan xəritələrə gəldikdə, o vaxt bolşevik hökuməti tərəfindən qərar qəbul edilmişdir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində saxlanılsın. Bu, çox önəmli məqamdır, çünki tarixi təhrif etməkdə usta dərəcəsinə çatmış erməni tarixçiləri qeyd edirlər ki, Dağlıq Qarabağın Azərbaycana verilməsi haqqında qərar qəbul edilmişdir. Halbuki bu, belə deyil və tarixi sənədlər bunu göstərir, Dağlıq Qarabağı Azərbaycanın tərkibində saxlamaq haqqında qərar qəbul edilmişdir. Yəni, bu, eyni zamanda, tarixi və siyasi məqamları əks etdirir.
Ancaq Sovet İttifaqının dağılması ərəfəsində Dağlıq Qarabağda və Ermənistanda baş qaldırmış millətçi qüvvələr Azərbaycana qarşı təcavüzə başlamışdır və hərbi təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizi, o cümlədən Dağlıq Qarabağ və ətrafda olan 7 rayon işğal altına düşmüşdür. Bu ərazilərdə Azərbaycan xalqına qarşı soyqırımı törədilmişdir, bizim bütün tarixi abidələrimiz, qəbirlərimiz, o cümlədən məscidlərimiz ermənilər tərəfindən dağıdılmışdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan çıxarılması haqqında açıq-aydın müddəalar var, Ermənistan bu qətnamələrə məhəl qoymur. Digər beynəlxalq təşkilatlar – Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası və başqa təşkilatlar oxşar qərar və qətnamələr qəbul etmişlər. Münaqişənin həlli üçün yeganə yol Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır.
Bu böyük humanitar fəlakət nəticəsində Dağlıq Qarabağdan, Ermənistandan və Qarabağı əhatə edən rayonlardan bir milyon azərbaycanlı qaçqın-köçkün vəziyyətinə düşmüşdür. O vaxt Azərbaycanın əhalisi 8 milyon idi. Yəni, təsəvvür edin nə qədər böyük humanitar fəlakət idi. Buna baxmayaraq, Azərbaycan uğurla inkişaf edir, ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Keçən ay Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşünün Yekun Bəyannaməsi də ədaləti əks etdirir və bildirməliyəm ki, Azərbaycan bu böyük təşkilata sədrliyi öz üzərinə götürmüşdür. Azərbaycan 120 ölkənin yekdil qərarı ilə bundan sonra üç il ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək".
Prezidentin çıxışında bir mühüm dayanacaq da var. Azərbaycanın müstəqilliyinin ilk illərində məruz qaldığı menecment katastrofası, idarəçilik qəzası. Prezident sammitin tribunasından bu barədə danışdı. Amma mən istərdim ki, həmin mövzunu İlham Əliyevin Qafqazın din xadimləri ilə görüşü fonunda işləyək. Çünki Əliyev mövzuya burada bir də və daha detallı qayıtdı. Rusiya-Azərbaycan münasibətlərinin Qafqazda sabitliyin əsas sterjenı, əsas vektoru olduğunu qeyd etməklə. Bəs niyə belə bir şəkildə? Yəqin ona görə ki, 1992-93-cü illərdə Azərbaycanın parçalanmasının, separatizmin fəlakətli nəticələrinin şahidi həm də Rusiya idi. Türkün türkdən başqa dostu yoxdur kimi çağırışların çoxmillətli respublikaya hansı aqibət vəd etdiyini təsəvvür etmək çətin deyil. Həm də təsəvvür etməyə heç ehtiyac yoxdur. Çünki şəxsən mən o çağları xatırlayıram. Sadvalın zurna çala-çala şimal sərhədimizi keçməsi də yadımdadır. O qara, qapqara zurnanın sədası da. Və Prezidentin qəbul etdiyi din xadimlərinin böyük əksrəiyyəti o zamanları yaxşı xatırlayırdı. Dövlət başçısı müxtəlif vaxtlarda, müxtəlif tribunalarda yaxın tariximizin bəlalı dövrü barədə danışıb. Amma razılaşaq ki, bu dəfə daha sərt və daha ünvanlı idi. Əvvəl qulaq asaq və sonra da birlikdə bu ritorikanın arxasında dayanan səbəbləri araşdırarıq.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: "Əlbəttə, Qafqazda qarşılıqlı fəaliyyət, əməkdaşlıq və dinlərarası dialoq məsələləri həm Rusiya, həm də Azərbaycan üçün vacibdir. Hamıya yaxşı məlumdur ki, Şimali Qafqaz xalqları ilə Azərbaycan xalqını çoxəsrlik dostluq, əməkdaşlıq və qardaşlıq tarixi bağlayır. Biz, sadəcə, atalarımızın, babalarımızın ənənələrini davam etdirir, əlaqələrimizi möhkəmlədir, bununla da Qafqazda təhlükəsizliyin, sabitliyin və inkişafın möhkəmlənməsi işinə çox böyük töhfə veririk. Dəfələrlə dediyimiz kimi, Qafqaz vahid orqanizmdir, o elə bir məkandır ki, orada yerli xalqlar əsrlərboyu yaşayır, qurur, yaradırlar, memarlıq abidələri yaradırlar və gələcəyə inamla baxırlar. Əlbəttə, hesab edirəm ki, Qafqazda təhlükəsizliyin daha da möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün Rusiya-Azərbaycan münasibətləri həlledici rol oynayır. Şadam ki, siz bu Sammitdə iştirak edirsiniz. Sammit həm də qlobalmiqyaslı hadisədir. Mənim fikrimcə, bu qəbildən olan və bu səviyyədə təmsil olunmuş Sammit dünya arenasında nadir hadisədir. Əlbəttə, Zati-müqəddəsləri, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin iştirakı və onun dünən səslənən çox müdrik kəlamları bu tədbirə xüsusi əhəmiyyət verir. Lakin onu da qeyd etməliyəm ki, Rusiya nümayəndə heyəti 70-ə yaxın ölkədən olan nümayəndə heyətlərinin ən böyüyüdür. Əlbəttə, dünən Sammit masası arxasında bizim qardaşlarımızı, Şimali Qafqazın dini liderlərini görmək çox xoş idi. Bu insanlar öz respublikalarında, bütün Qafqazda və Azərbaycanda çox böyük nüfuz sahibləridir. Sizi yaxşı tanıyırlar, sizə hörmət edirlər və biz sizə fəaliyyətinizə görə təşəkkür edirik. Sizin sözləriniz xalqlarınızın nümayəndələrinin qəlbində əks-səda doğurur. Siz inkişafa, sabitliyə, sülhə və təhlükəsizliyə çağırırsınız. Azərbaycanda biz bunların hamısını çox yüksək qiymətləndiririk. Əlbəttə ki, bizim möhtərəm şeyximiz Allahşükür Paşazadə ilə sizin münasibətləriniz əməkdaşlığımızın çox mühüm amilidir. Dünən biz möhtərəm şeyxə təntənəli şəraitdə bir çox ölkələrin yüksək mükafatlarının, Azərbaycanın ən ali ordeni olan “Heydər Əliyev” ordeninin, digər dövlətlərin ordenlərinin təqdim edilməsinin şahidi olduq. Bu, şeyxin təkcə bizim regionda deyil, həm də dünyada nüfuz sahibi olmasını göstərir. Möhtərəm şeyx bizim böyük sərvətimizdir. O, dünya səviyyəli dini liderdir. Biz həmişə onunla ünsiyyətdə olarkən, o cümlədən dünən də sizin barənizdə, sizin münasibətləriniz barədə də danışdıq. Nə yaxşı ki, münasibətlərin belə formatı yaranıb. Əlbəttə, belə bir gündə mən çox mühüm bir missiyanı yerinə yetirmək istərdim. Bir neçə ay bundan əvvəl mənim Fərmanımla İsmayıl Əliyeviç Berdiyev Azərbaycanın yüksək ordeni – “Dostluq” ordeni ilə təltif edilib. Bu orden öz fəaliyyətləri ilə xalqlarımız arasında dostluğun möhkəmlənməsinə töhfə verən xarici ölkə nümayəndələrinə təqdim edilir. Odur ki, bu gün görüşümüzü məhz sizə bu yüksək mükafatı təqdim etməklə başlamaq istərdim".
İsmayıl Berdiyev: "Çox sağ olun, İlham Heydər oğlu. Biz burada özümüzü Vətənimizdəki kimi hiss edirik. Bu, Sizin sayənizdə, Şeyxülislamın sayəsində belədir. Bu mükafat şəxsən mənə deyil, bizim hamımıza aiddir. Biz hamımız bunu çox gözəl başa düşürük. Lakin biz də nə iş görürüksə, bu, Şeyxülislamın sayəsindədir. O, bizim ağsaqqalımız, müəllimimizdir. Bizim də 65 yaşımız var, bu, az deyil, lakin o, bizi hələ də öyrədir. Bütün bunlar onun müdrikliyi sayəsindədir.
Sizin atanızın Azərbaycanda gördüyü işlərin bəhrələrini biz burada Sizin timsalınızda görürük. Çox sağ olun. Biz hər dəfə buraya gələndə Azərbaycanda necə dəyişikliklər baş verdiyini görürük. Burada hər yer gözəldir, xaricdə belə şey yoxdur. Bütün bunlar Sizin sayənizdə mümkün olub. Axı, mən Bakını sovet dövründə də, Elçibəyin zamanında da görmüşəm. İndi tamamilə başqadır. Siz nə edirsinizsə, Azərbaycan xalqı üçün edirsiniz. Çox sağ olun".
Prezident İlham Əliyev: "Sağ olun".
Müfti İsmayıl Berdiyev: "Mən heç vaxt unutmuram, mənə söyləyiblər ki, biz hamımız Kəbədə, Qara daşın qarşısında dayananda atanız Sizə demişdi: “Heyf ki, anan burada yoxdur”. O, bu sözləri nə üçün demişdi? İnsanın əhvalı yaxşı olanda istəyir ki, doğmaları onun yanında olsun. O, buna görə belə demişdi. İnşallah, o, Azərbaycan üçün etdiklərinə görə cənnətdə olacaq. Biz hamımız onunla fəxr edirdik. Sovet dövründə biz fəxr edirdik ki, Sov. İKP MK Siyasi Bürosunda bir müsəlman var. Siz onun yolunu davam etdirirsiniz. Bu işi davam etdirmək üçün Allah Sizə qüvvət və sağlamlıq versin".
Prezident İlham Əliyev: "Xoş sözlərinizə görə çox sağ olun. Siz çox düzgün olaraq qeyd etdiniz ki, bugünkü Azərbaycan Heydər Əliyevin qəhrəmancasına fəaliyyətinin nəticəsidir. O, Azərbaycanın inkişafı üçün həmişə çox böyük səy göstərirdi. Sovet dövründə, 1969-cu ildə Azərbaycana rəhbərlik edəndə o, cavan idi, 46 yaşı vardı. O, Azərbaycanı inkişaf səviyyəsinə görə SSRİ-də ən axırıncı yerdən ən qabaqcıllar sırasına çıxardı. O vaxt Rusiya Federasiyasından başqa cəmi iki respublika – Azərbaycan və Belarus ümumittifaq xəzinəsinə aldıqlarından çox verirdi. Rusiya Federasiyası sırf şərti mənada müttəfiq respublika idi. O, dövləti və respublikanı yaradan qurum idi. Bütün digər respublikalar dotasiya alırdı. Heydər Əliyevin rəhbərliyi illərində Azərbaycan bütün göstəricilər üzrə ən yüksək yerlərə çıxdı - həm sənayedə, həm kənd təsərrüfatında, həm elektronikada, həm infrastrukturda, həm də regionların inkişafında. Təsadüfi deyil ki, bizim xalqımız böyük çətinliklərlə, faciə ilə üzləşəndə insanlar, ilk növbədə, Heydər Əliyevə müraciət etdilər. Xalqımız 1993-cü ildə onu Azərbaycana rəhbərliyə dəvət etməklə, əslində, bizi fəlakətdən xilas etdi. Mən dünən də, bundan əvvəlki tədbirlərimizdə də demişəm ki, Heydər Əliyevin möhtərəm şeyx ilə dostluğu təkcə onların şəxsi münasibətləri deyildi. Onlar bir-birini çoxdan tanıyırdılar, hələ möhtərəm şeyx gənc yaşlarında Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etməyə başladığı vaxtdan. Biz də çox sıx dostluq münasibətləri saxlayırıq. Düşünürəm ki, bu, bizim uğurlu inkişafımızın rəhnidir.
Əlbəttə, biz hamımız tariximizin qaranlıq dövrünü xatırlayırıq. O vaxt təsadüfi adamlar hərbi çevriliş yolu ilə ölkə rəhbərliyinə gəlmişdi. Hərçənd bunu çevriliş də adlandırmaq çətindir. Ona görə ki, hətta çevriliş etmək üçün cəsarət və ağıl lazımdır. Bu, sadəcə, hakimiyyətsizlik dövrü idi. O vaxt hakimiyyət tam iflasa uğramışdı və hakimiyyətə küçə adamları gəlmişdi".
Müfti İsmayıl Berdiyev: "Bu, hakimiyyətin qəsb edilməsi idi".
Prezident İlham Əliyev: "Bəli, qəsb edilməsi idi. Xalq Cəbhəsində Azərbaycan cəmiyyətinin ən tör-töküntü təbəqəsi toplaşmışdı. Hər bir cəmiyyətdə töküntülər var. Onlar da belə idi. Onlar hakimiyyəti qəsb etdilər. Mahiyyət etibarilə Azərbaycan xalqının çoxəsrlik ənənələrini məhv etdilər. Onlar düşmənçilik, nifrət toxumu səpir, dinlərarası ayrı-seçkiliyi qızışdırır, oğurluqla məşğul olur, tramvay xətlərini kəsirdilər, çünki orada mis vardı, kəsdiklərini qonşu ölkələrə satırdılar. Təsəvvür edin ki, savadsız bir demaqoq müdafiə naziri olmuşdu. Xırda alverlə məşğul olması ilə tanınan bir adam baş nazir olmuşdu. İdarəçilik sahəsində heç bir təcrübəsi olmayan insan ölkəyə başçılıq edirdi. O, hətta kolxoza da rəhbərlik etməmişdi. Hələ onu demirəm ki, parlamentin rəhbəri 11 il kiçik elmi işçi olmuşdu və bu illər ərzində hətta namizədlik dissertasiyasını da müdafiə edə bilməmişdi. Onlar, sadəcə, savadsız adamlar idi. Dövlət katibi isə keçmiş komsomol fəalı, karyerist və qorxaq adam idi. Onun qorxaqlığını bütün Azərbaycan xalqı bu yaxınlarda bir daha gördü. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində də pis danışan fizika müəllimi xarici işlər naziri olmuşdu. Belə işlər də olub, ümumiyyətlə, o, nə ingilis dilini bilirdi, nə də rus dilini. Ümumiyyətlə o, diplomatiyanın nə demək olduğunu anlamırdı. O vaxt vəziyyət belə idi. Bax, şeyx bunu yaxşı xatırlayır. Onlar faciəyə, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə, vətəndaş müharibəsinə gətirib çıxardılar. Orada ərazilərimiz işğal olunur, onlar isə öz hakimiyyətini möhkəmlətmək üçün Gəncəni bombalamaq əmri verirdilər. Onların Gəncə aeroportunu, bir çox evləri bombalamasını, insanların həlak olmasını göstərən kadrlar var. Bu canilər vətəndaş müharibəsi təşkil etmişdilər. Burada onları asmaq üçün dar ağacı qurulanda onlar qorxuya düşərək o vaxt Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevə müraciət etdilər ki, gəlib onları xilas etsin. Onlar xalqı deyil, özlərini düşünürdülər. Onlar Heydər Əliyevi uzun müddət dilə tutdular, üç dəfə onun üçün təyyarə göndərdilər. O vaxt Heydər Əliyevin yaşı az deyildi, 70 yaşı vardı. O, xalqı fəlakətdən xilas etmək üçün gəldi və bunu etdi. Biz belə yollar keçmişik. Ona görə biz bunların hamısını xatırlayırıq və qiymətləndiririk. Gərək gənc nəsil bunu bilsin. Çünki o vaxt onlar balaca idilər və ya heç doğulmamışdılar. Buna görə də möhtərəm şeyx də, biz də çalışırıq ki, bu həqiqət hamıya məlum olsun və bunu xatırlayanlar unutmasınlar. Çünki yaxşı olana çox tez vərdiş edirlər. Buna görə biz bütün bunları xatırlayırıq və öz müstəqilliyimizin, ləyaqətimizin, öz yolumuzun – inkişaf, əməkdaşlıq, tərəqqi yolunun qədrini bilirik.
Əlbəttə ki, bugünkü görüş, mənim fikrimcə, çox böyük əhəmiyyət kəsb edir. Biz hamımız Qafqazın birliyini, qardaşlığımıza, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığa sadiq olduğumuzu nümayiş etdiririk və İnşallah, beləcə irəli gedəcəyik".
Müfti İsmayıl Berdiyev: "İnşallah. Sizin Rusiyada çox böyük nüfuzunuz var. Biz Prezidentimiz Vladimir Vladimiroviçin Sizə necə münasibət bəslədiyini görürük, o Sizə hörmətlə yanaşır. O, Sizin atanızı tanıyır. Onlar vaxtilə birlikdə işləyiblər. Belə adamlar heç nəyi gözdən qaçırmırlar, onlar hər şeyi bilirlər. Buna görə Sizin bu dostluğunuz bizim üçün çox dəyərlidir. İndi Rusiya artıq dünyada Sovet İttifaqına bənzər böyük dövlətə çevrilib. Onlar dağıtmaq, uçurmaq, tapdalamaq istəyirdilər. Lakin məhz Putin buna imkan vermədi. O, başa düşdü ki, biz birlikdəyik, bizim gücümüz bundadır".
Prezident İlham Əliyev: "Siz tamamilə haqlısınız. Rusiya Prezidenti ilə məni yaxın, etimada əsaslanan münasibətlər bağlayır. Bu, çox vacibdir. Biz dəqiq başa düşürük ki, sıx qarşılıqlı fəaliyyətimiz, strateji tərəfdaşlığımız bizim üçün, xalqlarımız üçün vacibdir. Bundan əlavə, şəxsi münasibətlər də var. Məhz bu qarşılıqlı etimad səviyyəsi çoxillik, səmimi və həqiqi əməkdaşlıq sayəsində qazanılıb. Bu etimad səviyyəsi bizim hər hansı məsələləri müzakirə etməyimizə və onları həll etməyimizə imkan verir. Mən də Rusiya Prezidentinə böyük hörmət bəsləyirəm. Mən onunla hələ Heydər Əliyev Azərbaycan Prezidenti olduğu dövrdən tanışam. O vaxt Vladimir Vladimiroviç Azərbaycana səfər etmişdi. Ona qədər Sovet İttifaqı dağılandan sonra 10 il ərzində Rusiya Prezidenti Azərbaycana gəlməmişdi. Hərçənd, biz qonşularıq, bizi çox şey bağlayır. Vladimir Vladimiroviç isə Prezident olan kimi atamın dəvətini qəbul etdi, Azərbaycana gəldi və bizə hörmətini göstərdi. Əslində o vaxt Heydər Əliyevlə o, bizim münasibətlərimizin təməlini qoydu, bu münasibətlər bu gün də davam edir. Ona görə mən bu yolla gedirəm və Rusiya Prezidenti ilə mənim çoxsaylı, məzmunlu görüşlərim bir-birimizə səmimi münasibətin təzahürüdür. Xalqlarımız bunu bilir və görür. Bu, böyük sərvətdir".
Burada bir neçə vacib məsələ var ki, onlardan biri şübhəsiz Rusiya-Azərbaycan münasibətlərinin indiki formatı və məzmunudur. Əliyev-Putin əlaqələri Rusiyanın çoxrəngli beynəlxalq palitrasında həlledici rol oynayır. Yəni bu ölkənin müxtəlif siyasi düşərgələrində, beynəlxalq təbiətinin vahələrində müxtəlif canlılar, müxtəlif qaydalar, əhval-ruhiyyələr ola bilər, hətta Xarici işlər naziri belə müəyyən qrupların rəyini ifadə edən və ilk nəzərdə Kremlin mövqeyi kimi gözə dəyən mövqe ortaya qoya bilər. Amma əsas vektor Putin-Əliyevdir. Ona görə də Azərbaycan Prezidentinin Rusiyadakı nüfuzu və Putin-Əliyev münasibətlərinin səmimi tonu barədə qarşılıqlı informasiya mübadilələri bu mövzuda meydana çıxa bilən istənilən demoqoqiyanı qapadı. İlham Əliyevin qaragüruhun hakimiyyət başında olduğu zamanı xatırlaması isə təhlil edəcəyimiz ikinci fəsildir. Əslində islahatlar prosesindən sonra ölkənin ictimai-siyasi masasında artıq əşya, çirkin qaralama təsiri bağışlayan qaragüruh, onun Ən Yeni Azərbaycanın, ən yeni qlobusun reallığına uyğunlaşa bilməyən əxlaqı, həyat və fəaliyyət tərzini başqa cür təqdim etmək də mümkün deyil. Prezidentin çıxışına bu aqressiv reaksiya verən tərəfin arqumentləri isə çox zəifdir. Əvvəla narazıdırlar ki, niyə bunu Dövlət xarici qonaqlarla, başqa ölkələrin rəhbərləri və ya ali rütbəli şəxsləri ilə görüşdə edir?! Bu suala cavab var və özü də çox sadə. Əvvəla İlham Əliyev özündən heç nə uydurmur, yalnız tarixi faktları sıralayır. Prezidentin dediklərini mən təkrar edəcəm indi:
“Onlar hakimiyyəti qəsb etdilər. Mahiyyət etibarilə Azərbaycan xalqının çoxəsrlik ənənələrini məhv etdilər. Onlar düşmənçilik, nifrət toxumu səpir, dinlərarası ayrı-seçkiliyi qızışdırır, oğurluqla məşğul olur, tramvay xətlərini kəsirdilər, çünki orada mis vardı, kəsdiklərini qonşu ölkələrə satırdılar. Təsəvvür edin ki, savadsız bir demaqoq Müdafiə naziri olmuşdu. Xırda alverlə məşğul olması ilə tanınan bir adam Baş nazir olmuşdu. İdarəçilik sahəsində heç bir təcrübəsi olmayan insan ölkəyə başçılıq edirdi. O, hətta kolxoza da rəhbərlik etməmişdi. Parlamentin rəhbəri 11 il kiçik elmi işçi olmuşdu və bu illər ərzində hətta namizədlik dissertasiyasını da müdafiə edə bilməmişdi. Onlar, sadəcə, savadsız adamlar idi. Dövlət katibi isə keçmiş komsomol fəalı, karyerist və qorxaq adam idi. Onun qorxaqlığını bütün Azərbaycan xalqı bu yaxınlarda bir daha gördü. Heç bir xarici dildə danışa bilməyən, hətta Azərbaycan dilində də pis danışan fizika müəllimi Xarici işlər naziri olmuşdu. Belə işlər də olub, ümumiyyətlə, o, nə ingilis dilini bilirdi, nə də rus dilini. Ümumiyyətlə o, diplomatiyanın nə demək olduğunu anlamırdı. O vaxt vəziyyət belə idi. Bax, şeyx bunu yaxşı xatırlayır. Onlar faciəyə, torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinə, vətəndaş müharibəsinə gətirib çıxardılar. Orada ərazilərimiz işğal olunur, onlar isə öz hakimiyyətini möhkəmlətmək üçün Gəncəni bombalamaq əmri verirdilər. Onların Gəncə aeroportunu, bir çox evləri bombalamasını, insanların həlak olmasını göstərən kadrlar var. Bu canilər vətəndaş müharibəsi təşkil etmişdilər. Burada onları asmaq üçün dar ağacı qurulanda onlar qorxuya düşərək o vaxt Naxçıvan Muxtar Respublikasına rəhbərlik edən Heydər Əliyevə müraciət etdilər ki, gəlib onları xilas etsin. Onlar xalqı deyil, özlərini düşünürdülər. Onlar Heydər Əliyevi uzun müddət dilə tutdular, üç dəfə onun üçün təyyarə göndərdilər.
Bu sadalananların hər biri faktdır və bu faktları həmin hadisələrin şahidi və iştirakçıları olan milyonlarla insan təsdiq edə bilər. Mənim kimi milyonlarla insan. Yeri gəlmişkən, bu faktları təkcə Prezident demir ki. Bir az sonra mövzuya yenidən qayıdacağıq. Mühacirlərdən və ya müha aradan cırlardan danışanda. Əli İnsanovun dirilməsindən sonrakı yeni güruh şəraitindən danışarkən. Və elə o zaman da niyə Prezident xarici qonaqların yanında müxalifətin güruh qanadını urvatdan salır sualının da cavabını deyəcəyik. Amma hələlik dini liderlərin Bakı sammiti ətrafındayıq. İlham Əliyev tədbirə qonaq gələn Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini, yəhudi din xadimi Rabbi Abraham Kuperi və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri, yevangelist din xadimi Conni Murla görüşdə davamlı olaraq apardığı daha bir paralel xətti inkişaf etdirdi. Söhbətdə ortaya qoyan arqumentlər ermənilərin və azərbaycanlıların eyni məsələyə tam fərqli yanaşmasını sübut etməliydi və etdi də. Prezident o faktlar üzərində dayanırdı ki, onlar yəhudilərə tarixi yaddaşın yedəyində qayıda, toxuna, ağrıda bilərdilər və biliridlər. Prezident faşizmin Ermənistanda qəhrəmanlaşdırılması tendensiyasını da məhz yəhudilərlə görüşdə qabartdı. Köklərinin kəsilməsi təhdidi yaşamış yəhudilər üçün faşizm elə belə söz deyil. Tarixi faciəni, milli yox olma təhlükəsini xatırlatmaq üçün vasitədir.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti: "Onlar bizim məscidlərimizi dağıtmış, lakin biz erməni kilsəsini bərpa etmişik. Beləliklə, bu, bizim və onların dini abidələrə münasibətimizin göstəricisidir. Azərbaycan çoxkonfessiyalı, multietnik ölkədir, Ermənistan isə monoetnik ölkədir. Bütün digər etnik qrupların nümayəndələri qovulmuşdur. Eşitmişəm ki, Ermənistanda guya yəhudi icmasının rəhbəri var, lakin onun Karapetyan və ya Varapetyan kimi bir adı var. Orada yəhudilər yoxdur, azərbaycanlılar yoxdur".
Rabbi Abraham Kuper: "Lakin orada antisemitizm var".
Prezident İlham Əliyev: "Bəli, əlbəttə ki, antisemitizm var. Bilmirəm, sizin bu barədə məlumatınız var, ya yox. Bu ilin oktyabr ayında keçmiş Sovet İttifaqı respublikalarının rəhbərlərinin görüşdüyü Aşqabad şəhərində keçirilən MDB Sammiti çərçivəsində mövzulardan biri İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı idi və mən söz alaraq dedim ki, Azərbaycan və MDB-yə üzv olan digər ölkələr faşizmin pislənməsi ilə bağlı ortaq mövqedən çıxış edirlər. Nasistlərin qəhrəmanlaşdırılması haqqında danışarkən mən dedim, təəssüf ki, bizim bölgədə, MDB məkanında faşistləri tərənnüm edən bir ölkə var. Mən faşistlərə xidmət edən, Ermənistan hökuməti tərəfindən şərəfinə 6 metr hündürlüyündə abidə ucaldılmış Qaregin Ter-Arutunyanın adını çəkdim. O, faşist Almaniyası, müharibə vaxtında “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” ifadəsini işlədən bir şəxs idi və bu şəxsin müxtəlif millətlərin, o cümlədən yəhudilərin və digər insanların qətlində əli olub. O, Bolqarıstanda gizli şəbəkə yaratmışdı. Casusluq şəbəkəsi yaradılmışdı. O, həbs olunmuş, uzun müddətə azadlıqdan məhrum edilmiş və Vladimir şəhərində həbsxanada vəfat etmişdi. Mən Ermənistanın yeni hökumətini o abidəni sökməyə çağırdım, çünki onu əvvəlki hökumət ucaltmışdı. Yeni hökumət özünü demokratik hökumət kimi göstərir. Beləliklə, bunu göstərin, abidəni sökün. Mənim ittihamlarım ona qarşı deyildi, onun qondarma inqilab nəticəsində devirdiyi sələflərinə qarşı idi və o, dedi: Soljenitsin də həbsdə olub və bir çox başqa sovet dissidentləri Vladimir həbsxanasında olublar. Beləliklə, o, faktiki olaraq deyirdi ki, faşist qatil Soljenitsinlə eynidir. Bundan daha səfeh bəyanatı təsəvvürə gətirmək mümkün deyil. Bu səbəbdən, əlbəttə ki, biz hər şeyi olduğu kimi deməliyik. Biz bilirik ki, Amerikada, Rusiyada, Fransada, Minsk qrupunun həmsədr ölkələrinin hamısında erməni lobbisi var. Lakin bir həqiqət var. Qələbənin 75-ci ildönümü ərəfəsində biz Yerevanın mərkəzində bu abidənin olmasına necə dözə bilərik. İndi onlar, - mən mətbuatdan eşitmişəm, - Bolqarıstanda abidə tikməyə çalışırlar. Onlar birini Rusiyanın Armavir şəhərində ucaldıblar. Çox cəsur bir insan gəlib onun üstünə qara boya töküb və indi erməni diasporu ona hücum edir. Onlar faşisti müdafiə edirlər. Ona görə də, əlbəttə ki, biz ümid edirik dünyadakı yəhudi icmaları bizim səsimizə səs verəcək və Ermənistan hökumətini bu abidəni sökməyə məcbur edəcəklər".
Rabbi Abraham Kuper: "Xüsusilə, bildiyimiz kimi, yanvarın sonunda Ausşvitzdə onun ildönümü münasibətilə bəlkə də sonuncu toplantı keçiriləcək. Dəqiq desək, keçmiş Sovet İttifaqı ölkələrinin əksər rəhbərləri, onlara bunun baha başa gəlməsinə baxmayaraq, Hitler və silahdaşlarının məğlubiyyətində böyük rol oynamaqları ilə fəxr edirlər. Bu, həmçinin Ermənistanın da digər dövlətlərin sıralarına qoşulmasını təmin etmək üçün münasib vaxtdır. Əfsuslar olsun ki, Avropada tarix yenidən yazılır və nasistlərin silahdaşlarına, kütləvi qırğın törədənlərə abidələr ucaldılır".
Prezident İlham Əliyev: "Tamamilə doğrudur. Qələbənin 75-ci ildönümü ərəfəsində biz, - mən siyasətçiləri, ictimai xadimləri, dini liderləri, QHT-ləri, medianı nəzərdə tuturam, - səylərimizi birləşdirməliyik. Biz bir mövqedən çıxış etməliyik. Çünki bu, böyük təhlükədir. Bu, təkcə tarixin təhrif olunması demək deyil. Bu, gələcək diskriminasiya üçün zəmin yaratmaqdır".
Bütün bunlardan sonra mən sammitin tribunasına qayıdıram. Bu dəfə mötəbər platformada Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadədir. Hacı Allahşükür Paşazadə təkcə Qafqaz dini lideri deyildi. O bu tribunada bütün ruhanilərin sözçüsü idi. Şeyx həzrətləri tədbirin məhz 70 illik yublleyinə təsadüf etidiyini dedi, buna görə Prezidentə minnətdarlığını bildirdi, birinci vitse-prezidentin adını ehtiramla çəkdi. Bütün bunlar öz yerində. Amma mənə görə Hacı Allahşükür Paşazadənin çıxışının ən vacib yerlərindən biri Söz azadlığını nifrətə çağırışa çevirənlərə xitab etməsi oldu:
Hacı Allahşükür Paşazadə - Bütün Qafqazın Şeyxi: "Təəssüf ki, müasir dövrümüzdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışları ictimai təhlükəyə çevrilməkdədir. İnformasiya-kommunikasiya sahəsindəki müasir texnologiyalar, sosial şəbəkələr, kütləvi media vasitələri nifrət çağırışlarını bütün dünyada genişmiqyaslı sistemə çevirir. Qlobal miqyasda nifrət çağırışları İraqda, Suriyada, Fələstində, Əfqanıstanda və digər ölkələrdə sabitliyi pozmuş, hərbi və soyqırımı cinayətlərinə rəvac vermişdir. Nifrətin ideoloji təsirləri altında Qərb dünyası miqrant problemlərinə antihumanist münasibətilə bəşəri fəlakətlərə, bəlkə də cinayətlərə yol açır. Məhz belə nifrət çağırışları sayəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu Ermənistan tərəfindən hərbi təcavüzə və soyqırımına məruz qalmış, 20 faiz torpaqlarımız işğal edilmiş, 1 milyondan çox insan əzəli torpaqlarından qaçqın və məcburi köçkün düşmüş, dini və mədəni abidələrimiz vəhşicəsinə dağıdılmışdır. Əfsuslar olsun ki, beynəlxalq hüququn norma və prinsiplərinə rəğmən bu tarixi ədalətsizlik bu günə qədər davam etməkdədir.
Nifrət çağırışlarının, təhrik mesajlarının çoxalması olduqca aktual problemdir. Təsadüfi deyil ki, BMT-nin Ekspert qrupu bununla əlaqədar xüsusi qətnamə qəbul etmişdir. KAİSİİD Beynəlxalq təşkilatının iclasında qeyd olunduğu kimi, “Nifrət nitqlərinə qarşı mübarizə insan hüquqlarının müdafiəsinin vacib elementidir”. Zati-aliləri İlham Əliyev cənablarının beynəlxalq müstəvidə aktual problemlərin həllində hər zaman öncül olduğunu, dərin təfəkkür tərzini bildiyimiz üçün nifrətə çağırış probleminin fəsadlarını və ictimai təhlükəsini nəzərə alaraq, Sammit iştirakçıları adından Zati-alilərinə müraciət etmək istərdim. Burada iştirak edən BMT və KAİSİİD Beynəlxalq dinlər və mədəniyyətlərarası Dialoq Mərkəzi və Bakı Dinlərarası Əməkdaşlıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Qlobal nifrət çağırışları ilə mübarizədə din, siyasət və ictimaiyyət xadimlərinin birgə səyləri” mövzusunda gələcəkdə beynəlxalq konfransın keçirilməsinə dair təşəbbüsümüzün Zati-aliləri tərəfindən dəyərləndirilərək razılıq verilməsi beynəlxalq ictimaiyyət və biz din xadimləri üçün Allahın köməyi ilə müstəsna əhəmiyyət kəsb edə bilər.
Biz Azərbaycan heç vaxt söz azadlığının və demokratiyanın əleyhinə olmamışıq. Biz söz azadlığını nifrət çağırışlarına çevirənlərin əleyhinəyik. Söz – Yaradanın insana əmanətidir, insan hər sözü üçün Allah qarşısında məsuliyyət və cavabdehlik daşıyır. Söz – Ana, Vətən, Nur, Məhəbbət, Cənnət də ola bilər, Söz - savaş, müharibə, ölüm, cəhənnəm də ola bilər. Bizim məqsədimiz təfriqə və ayrı-seçkilikdən uzaq olan, xalqları və millətləri bir araya gətirən, mənəvi və insani dəyərləri üstün tutan vahid qardaşlıq dünyası naminə birgə çalışmaq, İlahi Nurun ardınca getməyi Sözlə təbliğ etməkdir. Çünki bütün dini kitablarda deyildiyi kimi, iman gətirənlər qardaşdırlar! Hamımız babamız Adəmdən, Adəm isə torpaqdan yaranmışdır. Torpaq qardaşlarını birləşdirən cəhətlər isə onları ayıran və yadlaşdıran cəhətlərdən qat-qat üstün və dəyərlidir!
Zati-aliləri, möhtərəm Sammit iştirakçıları. Mən öz iştirakı ilə tədbirimizi zinətləndirən ali qonaqlarımıza, Sammitə təbrik məktubları göndərən dövlət və din xadimlərinə, beynəlxalq təşkilatlara və ictimai qurumlara minnətdarlığımı bildirirəm. Özəlliklə uzun illər səmərəli fəaliyyətimiz sayəsində özümə dost, qardaş bildiyim Zati-müqəddəsləri Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill həzrətlərinə, digər dəyərli şəxsiyyətlərə və burada iştirak edən qardaş və bacılarıma təşəkkür edirəm.
Mənim və ailəm üçün çox əlamətdar haldır ki, bəşəri məsələlərin müzakirə olunduğu və mühüm qərarların bəyan edildiyi Dünya dini liderlərinin builki Bakı Sammiti yubileyimlə eyni vaxta təsadüf edir. Bu tarixi gündə Azərbaycan dövlətinin başçısı, Zati-aliləri İlham Əliyev cənabları məni ölkəmizin ən ali mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etdi. Ulu öndər Heydər Əliyevin adını əbədiləşdirən ordeni mənə təqdim etməklə Azərbaycan Prezidenti yüksək səviyyəli dövlətçilik təfəkkürünü, dünyəvi dövlətin milli-dini dəyərlərə və din-dövlət münasibətlərinə ali diqqətinin bariz nümunəsini nümayiş etdirdi. Böyük qardaşım, ulu öndər Heydər Əliyevin adını daşıyan ordenə layiq görülmək həyatım boyu mənim üçün böyük şərəf və fəxarət olacaqdır. Bu, mənim 70 illik yubileyimə və 40 illik Şeyxülislamlıq fəaliyyətimə verilən ən böyük dəyərdir. Bu illər ərzində Ulu Öndərin və daha sonra Zati-alilərinizin rəğbəti və dəstəyi ilə Qafqaz Müsəlmanları İdarəsini dünyanın tanınmış dini təşkilatı səviyyəsinə qaldırmağa birgə nail olduq. Böyük tarixi nailiyyətimiz olan müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və milli-mənəvi dəyərlərimizə qayıdışı təmin etmək üçün Zati-alilərinizin rəhbərliyi ilə var qüvvəmizlə çalışmaqdayıq. Bu gün əminliklə deyə bilərəm ki, harada dövlət və din münasibətləri düzgün məcrada inkişaf edirsə, orada dövlətin və xalqın siyasi, iqtisadi və mənəvi rifahı mütləq labüddür!"
Bununla da Azərbaycanın paytaxtını iki gün ərzində bütün dinlərin və bütün dillərin dua yerinə çevirən sammit ətrafında şərhimizi əsasən bitiririk. Amma söhbətimizin ikinci hissəsində də dolayısı ilə sammit ətrafında gəzib-dolaşmalı olacağıq. Məsələn, Prezidentin əcnəbilərlə, xarici qonaqlarla görüşlərdə, beynəlxalq tədbirlərdə niyə Azərbaycan müxalifətini guya aşağılaması barədə səslənən sualdan başlayaq. Əvvəla Prezident müxalifəti yox, qaragüruhu, yaxın tarixin unudulduğunu güman edənləri xatırladır. Özü də ona görə yox ki, onlar müxalifətçidirlər. Yox əlbəttə. Ona görə xatırladırlar ki, onlar keçmişi unutdurmağa çalışaraq yenidən başa gəlmək istəyirlər. Böyük bir bəla kimi başımıza gəlməyə. Böyük bir fəlakət olduqlarını unutduqları, unutdurduqlarına əmin olaraq. Əslində qara güruhun hərbi cinayətlər də daxil olmaqla bir sıra son dərəcə ciddi hadisələrdə adlarının keçməsi onlara siyasi fəaliyyətlə məşğul olmağı qadağan etməliydi. Amma Azərbaycan ədaləti onlara şans verdi. Bu gün də güruh ortadadır. Öz aləmində siyasətlə məşğul olduğunu zənn edir. Amma dövlət çevrilişinə cəhd hazırlayır. Qanuni hakimiyyəti devirməyə 100 min adam elanı verir. Söhbət müxalifətdən yox, güruhdan gedir. Tör-töküntü, xılt, qırıntı güruhdur-müxalifət deyil. Sıralarında bir gerçək ziyalı belə qalmayan tiltəməc. Hanı Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Yusif və Vaqif Səmədoğlular, Sabir Rüstəmxanlı. Onların yerini kim tutdu? Ana-bacı söyüşü söyən güruh. İlham Əliyev müxalifəti yox güruhu, tör-töküntünü nəzərdə tutur. Ümumiyyətlə Əliyevlər müxalifəti qara güruhdan həmişə ayırıb. Məsələn 1999-cu ildə Nəcəf Nəcəfovun müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürən də və ya Oqtay Gülalıyevin dərdinin altına girən də eyni qayğı komandasıdır. O zaman qayğıkeş Heydər Əliyev idisə, bu zaman İlham və Mehriban Əliyevlərdi. Və ya məsələn, eks-prezident Əbülfəz Elçibəyin zəif rəhbər kimi tənqid edilməsi onun evinin Heydər Əliyev fondu tərəfindən təmir edilməsinə mane olmur. Birinci vitse-prezident bu ailənin ən ağır günündə yanında olur. Ümumiyyətlə Əliyevçilik barışı və bağışı həmişə üstün tutub. Keçmiş prezident Ayaz Mütəllibovla görüşüb söhbət etmək kifayətdir. İndi isə qayıdaq İlham əliyevin ən yeni tariximizin bəzi fraqmentlərinə verdiyi qiymətə. Maraqlıdır, İlham Əliyev nəyi düz deməyib ki? AXC-Müsavat tandeminin ünvanına ondan daha kəskin ittihamlar səslənməyibmi? Buyurun. Uzağa getməyəcəyik. Elə İsa Qəmbərin silahdaşı, Əli Kərimlinin arxa daşı, Arif Hacılının qarındaşı, Gültəkinin bəydadaşı, ümumiyyətlə qaragüruhun ümidverici daş-qaşı olan Əli İnsanovu dinləyəcəyik. Tutaq ki, qara güruh İlham Əliyevlə razı deyil. Onda buyurub öz Əli İnsanovunuza baxın. Eşidəcəyiniz çaqqal sözünə görə isə tamaşaçılarımızdan üzr istəyirəm.
Ümumiyyətlə, Əli insanovu müxalifətin güruh qanadına qoltuq ağacı olması proseslərə bir az əyləncə qatır. Əlbəttə, bu gün vəziyyət o həddə çatıb ki, güruh üçün fərqi yoxdur, o olmasın bu olsun. Əsl komediyadır. Bu boyda bədii təyinlərdən, İsa Qəmbərin ünvanına deyilən təhqirlərin unudulmasından və ya taktiki olaraq unudulmasından sonra mənim yadıma elə məşhur “O olmasın bu olsun” düşür.
İndi Üzeyir Hacıbəyovun sözü olmasın, Rüstəm bəyin, pardon, İsa bəyin Əli insanovun harası və yə nəyi xoşuna gəlib ki gül kimi Müsavatı madmuazel Gültəkin qarışıq Ona verir? Vəzifəsi? Yox əlbəttə. Adam 14 ildir ki, işdən qovulub. Siyasi təmizliyi? Yox. Ona görə ki, Cəmil Həsənlinin sözü ilə desək, İnsanov Əli xirtdəyəcən korrupsiyanın içindədir. Gözəlliyi, yaraşıqlığı? Yəqin ki yox. Əxlaqı, əlbəttə yox, onu təcridxanada saxlayanlar yaxşı xatırlayırlar ki, adam necə iyrənc olub və hansı idbar yollarla özünü formada saxlamağa çalışıb. Hələ biz bağ evindəki qırmızı otağı demirik. Bəs onda nəyi? Ona görə ki, başqaları şərab içəndə o çay içib? Yox! Yox! Yox! Yaxşı bəs onda nəyi axı? Səbəbini tapdıq. Varı-dövləti. Daha doğrusu artıq yoxu-dövləti. Hər halda baxaq. Və Müsavatın, İsavatın, Əlivatın və başqa vatların ümid etdiyi yeni irsdən feyziyab olaq. İnsanov yox e. İRSanov!
İndi isə ötən həftə qaldığımız yerə qayıdırıq. Demişdim ki, keçmiş səhiyyə nazirinin dövlətinin ərazi bütövlüyü ilə sizi tanış etməkdə davam edəcəm. Buyurun. Əli İnsanovun qeyri-qanuni olaraq özəlləşdirdiyi, əslində zəbt etdiyi əmlakların siyahısının ardını oxuyuruq.
1. Bakı şəhərində, Nəsimi rayonunda, Mirəli Qaşqay küçəsi-76 ünvanında yerləşən Axundov adına Milli Elmi Tədqiqat və Tibbi Profilaktika institutunun Tibbi parazitoligiya klinikasının 702, 2 kvadratmetr qeyri-yaşayış və 1008, 7 kvadrat metr torpaq sahələri.
2. Nəsimi rayonunda, Rəşid Behbudov küçəsi-80 ünvanındakı İnformatika və statistika İdarəsinin Məlumat Mərkəzinin yerləşdiyi 821, 7kvadratmetr qeyri-yaşayış sahəsi
3. Binəqədi rayonu, MirCəlal küçəsində yerləşən 9 saylı şəhər poliklinikasının yardımçı binasının 91,4 kvadrat metr qeyri-yaşayış sahəsi.
4. Yenə həmin rayonun Mir Cəlal küçəsində yerləşən 21 saylı uşaq poliklinikasının yardımçı binasının 176,5 kvadrat metr qeyri-yaşayış və 680 kvadrat metr torpaq sahələri.
5. Nəsimi rayonu Azadlıq prospekti 114, adamın üstündə allah var, Əli insanov azadlıq sevər olub, bu prospektdə Respublika Xalq Təbabəti Mərkəzinin 894,4 kvadratmetr qeyri yaşayış sahəsi.
6. Nəsimi rayonu, Bakıxanov küçəsi-42 ünvanında yerləşən 5 saylı şəhər poliklinikasının 148,4 kvadrat metr qeyri yaşayış sahəsi
7. Əliyev adına Təsərrüfat hesablı poliklinikanın Nəsimi rayonu Bülbül prospeki 43 ünvanında yerləşən 69,2 kvadrat metr qeyri-yaşayış sahəsi. Nəsimi rayonu çoxdur. Hələ 98-2000 ci ildə adam hiss edirmiş ki, bizdə Nəsimi ili olacaq. Ona görə də dərisini soyurmuş...
8. Bakı şəhəri Nizami rayonu, Qara Qarayev prospekti, 84 ünvanında yerləşən Bakı Şəhər 17 saylı uşaq poliklinikasının 37,4 kvadrat metr qeyri-yaşayış sahəsi.
9. Nəsimi ilinə İndanovun daha bir töhfəsi. Deməli Nəsimi rayonu Məhərrəmov küçəsi, 37 ünvanında yerləşən 12 saylı uşaq poliklinikasının 196,5 kvadratmetr qeyri yaşayış sahəsi və 244,8 kvadrat metr torpaq sahəsi.
Bax belə. Hələlik burada saxlayaq. Gələn dəfə siyahını davam etdirəcəm. Əli İnsanov öz fərdi dövlətinin ərazi bütövlüyünün pozulmasından və həbs edilməsindən buna görə narazıdır və qoşulub qara güruha. Arabir də bəyanat verir, təhdid edir. Təkzib edir. Ayyayay!!! Vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda dövlət əmlaklarını mənimsəmə, qanunsuz hərəkətlərə rüşvət alma, məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarını qəsdən icra etməmə və sair cinayətlərinə görə məhkum olunmuş, bu gün isə azadlıqda Məmməd Əmin Rəsulzadənin adını biabır etməklə məşğul olan Əli İnsanov öz korrupsiya əməlləri barədə bizim efirdə yayımlanmış faktları inkar etməyə cəhd göstərib.
Əli İnsanovun məntiqsiz müqaviməti, ay mən eləməmişəm, cibimə qoyublar, altıncı barmaqdı tipli dırnaqarası müdafiəsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində ibtidai istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 76932 nömrəli cinayət işinin bu materialları ilə təkzib olunur:
1. İnsanov Əli Binnət oğlu «REAL TV» kanalında ona məxsus evlərdə aparılmış axtarış istintaq hərəkətlərinin gedişinə dair videogörüntülərdə göstərilən əşyaların çoxunun onun evində heç vaxt olmadığını, evində tərtib olunmuş və ailə üzvləri tərəfindən də imzalanmış axtarış protokolunun bir hissəsinin guya yoxa çıxdığını, şəxsi arxivinin isə məhv edildiyini, istintaq dövründə müdafiəçilərinin bu barədə vəsatətlə müraciət etdiyini bildirib.
Əslində isə Əli İnsanovun yaşayış evləri və digər saxlanc yerlərində axtarış istintaq hərəkətləri Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin tələblərinə müvafiq qaydada məhkəmə qərarları əsasında hal şahidləri və digər şəxslərin, o cümlədən Əli İnsanovun ailə üzvlərinin iştirakı ilə aparılmaqla, istintaq hərəkətlərinin gedişi və nəticələri müvafiq qaydada rəsmiləşdirilmiş, tərtib edilmiş protokolların hər bir səhifəsi istintaq hərəkətlərinin iştirakçıları tərəfindən imzalanmaqla qeydiyyata alınmış, səhifələrin, eləcə də protokollardakı mətnlərin ardıcıllığının pozulması halları mövcud deyil.
Belə ki, Əli İnsanovun Bakı şəhəri, Cəfər Xəndan küçəsi, 50 saylı evində axtarış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20.10.2005-ci il tarixli qərarı əsasında keçmiş MTN-in İstintaq Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi M.R.Qasımov tərəfindən aparılmaqla, istintaq hərəkətində hal şahidləri qismində 102 nömrəli MKİS-in işçiləri, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 20 a, mənzil 55-də yaşayan Hidayətov Faiq Nurəddin oğlu, Bakı şəhəri, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsi, 106 a ünvanında yaşayan Əlişov Şamil Xalay oğlu və Əli İnsanovun arvadı Roza İnsanova, oğlu Vidadi İnsanov iştirak edib, protokolun surəti də sonunculara təqdim olunub.
Novxanı bağ massivində yerləşən onun özünə və oğlu Vidadi İnsanova məxsus evlərdə axtarış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20.10.2005-ci il tarixli qərarı əsasında keçmiş MTN-in İstintaq Baş İdarəsinin baş müstəntiqi Y.S.Məmmədov tərəfindən aparılmaqla, istintaq hərəkətində hal şahidləri qismində Novxanı kənd icra nümayəndəsi işləyən, həmin kənddə yaşayan Əliyev Balaəli Əlikövsər oğlu, Novxanı kənd icra nümayəndəsinin müavini vəzifəsində işləyən, Novxanı qəsəbəsi, Ə.Abuzərov küçəsi, ev 30-da yaşayan Əliyev Zakir Rəsul oğlu və İnsanov Vidadi Əli oğlu iştirak edib, protokolun surəti sonuncuya təqdim olunub.
Şüvəlan qəsəbəsində yerləşən bağ evlərində axtarış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20.10.2005-ci il tarixli qərarı əsasında keçmiş MTN-in İstintaq Baş İdarəsinin müstəntiqi E.Ə.Murtuzov tərəfindən aparılmaqla, istintaq hərəkətində hal şahidləri qismində heç yerdə işləməyən Şimal DRES qəsəbəsi, Lev Starçuk küçəsi ev 3-də yaşayan İmanov Kazım Kamil oğlu, Şüvəlan qəsəbəsi internat məktəbində hərbi hazırlıq müəllimi işləyən, Şimal DRES qəsəbəsi Lev Starçuk küçəsi ev 18, mənzil 12-də yaşayan Əhmədov Rizvan Asif oğlu, Şüvəlan qəsəbə icra nümayəndəsi, həmin qəsəbədə Füzuli küçəsi ev 79 a ünvanında yaşayan Maniyev İzrətulla Əlibəy oğlu iştirak edib, protokolun surəti də sonuncuya təqdim olunub.
Mərdəkan qəsəbəsində yerləşən bağ evində axtarış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20.10.2005-ci il tarixli qərarı əsasında keçmiş MTN-in İstintaq Baş İdarəsinin müstəntiqi R.C.Hüseynov tərəfindən aparılmaqla, istintaq hərəkətində hal şahidləri qismində Mərdəkan Bələdiyyəsinin mütəxəssisi, Mərdəkan qəsəbəsi Baba Əliyev küçəsi ev 3, mənzil 9-da yaşayan Hacızadə Cavid Abdulla oğlu, Mərdəkan qəsəbə icra nümayəndəsinin müavini, həmin qəsəbədə Baba Əliyev küçəsi, ev 1, mənzil 27-də yaşayan Müqbilov İlqar Şahbala oğlu və bağda gözətçi işləyən. Buzovna qəsəbəsi, Məmmədov küçəsi, ev 14 a, mənzil 22-də yaşayan İsmayılov Rza İbrahim oğlu iştirak edib, protokolun surəti də sonuncuya təqdim olunub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin inzibati binasında yerləşən xidməti iş otağında axtarış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20.10.2005-ci il tarixli qərarı əsasında keçmiş MTN İstintaq Baş İdarəsinin baş müstəntiqi V.S.Əliyev tərəfindən aparılmaqla, istintaq hərəkətində hal şahidləri qismində Səhiyyə Nazirliyinin Həkimləri Təkmilləşdirmə İnstitutunda baş laborantı vəzifəsində işləyən, Bakı şəhəri, Tolstoy küçəsi, ev 121, mənzil 8-də yaşayan Babayev Əli Kamil oğlu, heç yerdə işləməyən, Bakı şəhəri, Yeni Günəşli qəsəbəsi, massiv d, ev 12, mənzil 28-də yaşayan Şahmarov Eldəniz Etibar oğlu və Səhiyyə nazirinin köməkçisi vəzifəsində işləmiş, Bakı şəhəri, A.Heyərov küçəsi, ev 11, mənzil 5-də yaşayan Vəliyev İmran Telman oğlu iştirak edib, protokolun surəti də sonuncuya təqdim olunub.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağ Ciyər Xəstəlikləri İnstitutundakı xidməti iş otağında axtarış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 20.10.2005-ci il tarixli qərarı əsasında keçmiş MTN-in əməkdaşları N.N.Sadıqov və R.M.Rəsulov tərəfindən aparılmaqla, istintaq hərəkətində hal şahidləri qismində Ağ Ciyər Xəstəlikləri İnstitutunda işləyən, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 21, mənzil 100-dəı yaşayan Əhmədov İlqar Allahverən oğlu Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsi, ev 46, mənzil 24-də yaşayan Səfərov Vüqar Ələddin oğlu və Ağ Ciyər Xəstəlkiləri İnstitutunun baş həkimi Mustafayeva Leyla İbrahim qızı iştirak edib, protokolun surəti sonuncuya təqdim olunub.
Xızı rayonu, Xızı qəsəbəsində yerləşən evdə axtarış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.10.2005-ci il tarixli qərarı əsasında keçmiş MTN-in İstintaq Baş İdarəsinin müstəntiqi E.Ə.Murtuzov tərəfindən aparılmaqla, istintaq hərəkətində hal şahidləri qismində təqaüdçü, Xızı qəsəbəsində yaşayan Quliyev Ziyadxan Elyaz oğlu, heç yerdə işləməyən, Xızı qəsəbə sakini Hüseynov Həsən Allahverdi oğlu və həmin evin mühafizəçisi, qəsəbə sakini Babayev Salman Telman oğlu iştirak edib, protokolun surəti də sonuncuya təqdim olunub.
Xızı rayonunun Qızıl-Qazma kəndində yerləşən evdə axtarış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22.10.2005-ci il tarixli qərarı əsasında keçmiş MTN-in İstintaq Baş İdarəsinin müstəntiqi R.S.Hüseynov tərəfindən aparılmaqla, istintaq hərəkətində hal şahidləri qismində «Kapitalbank» Xızı rayon filialının nəzarətçisi Xızı rayonu Xələnc kəndində yaşayan Şahverdiyev Soltanhəmid Cavanşir oğlu, Xələnc bələdiyyəsinin üzvü, həmin kənddə yaşayan Məlikov Ağamirzə Hüseyn oğlu və Xındığan kənd icra nümayəndəsi vəzifəsində işləyən, həmin kənddə yaşayan Şahverdiyev Cavanşir Ağadadaş oğlu iştirak edib, protokolun surəti də sonuncuya təqdim olunub.
İstər ibtidai istintaq, istərsə də çoxsaylı məhkəmə baxışları zamanı Əli İnsanov və ya onun müdafiəçiləri heç vaxt evlərində aparılmış axtarış istintaq hərəkətləri zamanı götürülmüş predmetlərin ona məxsus olmaması, axtarış protokolunun bir hissəsinin yoxa çıxması barədə vəsatət və ya ifadə ilə çıxış etməyib, eyni zamanda axtarış və götürmə istintaq hərəkətləri zamanı ona məxsus şəxsi arxiv götürülməyib. Növbəti verilişlərimizdə istintaq hərəkətlərində hal şahidləri və iştirakçı qismində iştirak etmiş şəxslərdən aldığımız müsahibələri də ardıcıllıqla təqdim edəcəyik. Daha bir neçə fakt.
20-23 oktyabr 2005-ci il tarixlərdə Əli İnsanovun yaşadığı Bakı şəhəri C.Xəndan küçəsi 50 saylı evdə, Novxanı qəsəbəsindəki bağ evində, Mərdəkan qəsəbəsi Şimali QRES-də yerləşən bağ evində, Mərdəkan qəsəbəsi Tağıyev küçəsində yerləşən bağ evində, Xızı rayonunun Xızı qəsəbəsində və Qızıl-Qazma kəndindəki bağ evlərində, onun Səhiyyə Nazirliyində və Ağ ciyər xəstəlikləri institutundakı iş otaqlarına axtarışlar keçirilmiş müxtəlif adda çoxlu qızıl-ziyət əşyaları, 8.984 AZN manat, 1.309.295 ABŞ dolları və 884.475 AVRO məbləğində pul vəsaiti götürülüb.
Götürülmüş qızıl-zinət əşyalarına mütəxəssislərin işitirakı ilə baxış keçirilərək protokollaşdırılıb, kompleks məhkəmə əmtəəşünaslıq, kriminalistik, ballistik ekspertizalar təyin edilərək rəylər alınıb.
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində və «Azərekspertiza» Birlində keçirilmiş zərgərlik məmulatlarının kriminalistik və əmtəəşünaslıq ekspertizasının 22.05.2006-cı il tarixli 2724/25 №-li və 15.11.2006-cı il tarixli 864 №-li rəyləri ilə Əli İnsanova məxsus olan və axtarış zamanı aşkar edilərək götürülmüş qızıl-zinət əşyalarının dəyərinin 1.040.486 AZN manat olduğu müəyyən edilib.
Eyni zamanda zərgərlik məmulatlarının kriminalistik və əmtəəşünaslıq ekspertizasının 28.11.2006-cı il tarixli rəyi ilə Əli İnsanova məxsus olan və axtarış zamanı götürülərək ekspertiza tədqiqatına təqdim olunmuş 7 ədəd bıçaq, xəncər və kortik tipli, soyuq silah hesab olunmayan suvenirlərin dəyəri 170 AZN manat qiymətləndirilib.
Əli İnsanov və müdafiəçiləri müvafiq istintaq hərəkətlərinə əsasən onun evlərindən götürülmüş, eləcə də xarici ölkə banklarında aşkar edilmiş külli miqdarda pul vəsaitlərinin, qızıl-zinət əşyalarının «İnsanovin» dərman vasitəsinin satışından əldə olunmuş gəlir hesabına əldə edildiyini və həmin gəlirdən Azərbaycan Respublikasının dövlət büdcəsinə vergi ödəndiyini bildirdiklərindən, sonuncunun vergi ödəyicisi kimi qeydiyyatda olduğu müddət ərzində əldə etdiyi gəlir istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı araşdırılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 18.06.2015-ci il tarixli qərarı ilə müəyyən edilib ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13.02.2015-ci il tarixli 03/19-1233 nömrəli məktubuna əsasən «İnsanovin» dərman vasitəsi Səhiyyə Nazirliyində 2006-cı ilə qədər qeydiyyatda olmuş, «Dərman vasitələri haqqında» Qanunun tələblərinə uyğun olaraq dərman vasitələrinə verilən şəhadətnamənin müddəti 5 il təşkil etdiyindən sonradan satışına yol verilməyib. “İnsanovin» dərman vasitəsi 1993-1998-ci illərdə Hindistanda, 1998-ci ildən etibarən isə Türkiyə Respublikasında «Haver İlaç» əczaçılıq fabriki tərəfindən istehsal olunub, respublikaya 5.000 qutu gətirilib və pərakəndə satış qiyməti 3 (üç) manat olub. Vur-tut 3 manat!
Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10.04.2015-ci il tarixli məktubundan görünür ki, İnsanov Əli Binnət oğlu 12.02.1998-ci il tarixdə 140041466 nömrəli VÖEN ilə fərdi sahibkar kimi vergi uçotuna alınmış, 08.02.2005-ci ildə ona 1400493062 nömrəli yeni VÖEN verilib. Vergi ödəyicisinin fəaliyyət növü «Təbii və texniki elmlər sahəsində sair tədqiqatlar və işləmələr (biotexnologiyalardan başqa)»-dən ibarət olub. 19.09.2008-ci il tarixdə Əli İnsanovun vergi uçotundan çıxması barədə ərizəsi vergi orqanına daxil olub, lakin şəxsi hesab vərəqəsində 80.242 (səksən min iki yüz qırx iki) manat 98 qəpik məbləğində vergi borcu olduğundan onun vergi uçotu vergi orqanı tərəfindən ləğv edilməyib. Əli İnsanov tərəfindən vergi ödəyicisi kimi uçota alındığı tarixdən 2004-cü ilədək olan dövr ərzində gəlir vergisi bəyannaməsi təqdim edilməyib, 2004-cü il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsi isə vaxtında təqdim olunub. Bəyannamədə gəlir mənbələri açıqlanmadığından «İnsanovun» dərman vasitəsinin satışından əldə edilmiş gəlirin müəyyən edilməsi mümkün olmayıb. Əli İnsanov tərəfindən vergi ödəyicisi kimi uçota alındığı tarixdən büdcəyə cəmi 145.403 (yüz qırx beş min dörd yüz üç) manat 10 qəpik məbləğində vergi ödənilib, 2004-cü ilə dair təqdim edilmiş edilmiş gəlir vergisi bəyannaməsində gəlirləri 196.200 (yüz doxsan altı min iki yüz) manat, xərcləri 8.610 (səkkiz min altı yüz on) manat 10 qəpik, vergiyə cəlb olunan gəliri isə 187.589 (yüz səksən yeddi min beş yüz səksən doqquz) manat 90 qəpik olmaqla 64.094 (altmış dörd min doxsan dörd) manat 10 qəpik gəlir vergisi hesablanmış, hazırda vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 80.242 (səksən min iki yüz qırx iki) manat 98 qəpik məbləğində vergi borcu mövcuddur. Ardı olacaq. Ay insan! Ay keçmiş nazir! Biz burada oyun oynamırıq. Dediyimiz hər söz faktlar və sənədlərlə təsdiqini tapır.
Tamaşaçılarımız arasında isə İnsanovu və onun kimiləri tanımayanların olduğunu güman etdiyimizdən bu mövzuda daha bir neçə veriliş də hazırlayacağıq. Əməlli başlı yoruldum. Qaragüruha isə sadəcə pul lazımdır. Düzdür deyirlər ki, pullar qoxumur. Amma yox. Çirkli pullar qoxuyur və onu itlə də, itsiz də tapmaq olur. Biz mühacir biznesindən, insan alverindən hələ bu ilin yayında danışmışdıq. Faktlar göstərmiş, o gəminin Sindibad qarışıq sınacağını, batacağını demişdik. Batırlar. Almaniyada hüquqmühafizə orqanlarının apardığı əməliyyat nəticəsində Leqat inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev və Müsavat partiyası Avropa Koordinasiya Mərkəzinin sədr müavini Mehdi Xəlilbəyli saxlanılıb və araşdırmalar aparılır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş prokurorluğunda aparılmış ibtidai istintaqla müəyyən edilib ki, saxta sənədlər əsasında xarici ölkələrdə siyasi sığınacaq alınmasında ifadə olunan mühacir alverinin ən fəal kanalı Müsavat partiyasının başqanı Arif Hacılının bilavasitə təşkilatçılığı ilə partiya üzləri tərəfindən Almaniyada yaradılmış Müsavat Avropa Kooordinasiya Mərkəzinə məxsusdur. Məhz həmin qurumun sədri İlham Həsənin, üzvlər Əhməd Əhmədov, Mehdi Xəlilbəyli və başqaları müəyyən məbləğdə pul vəsaiti hesabına müxtəlif səbəblərdən Azərbaycan respublikası ərazisini tərk edərək əsasən Almaniya Federativ Respublikasına gedən Azərbaycan vətəndaşlarına Bakı şəhərində Müsavat partiyasının başqanı Arif Hacılının, sabiq başqan İsa Qəmbərin biləvasitə razılığı ilə partiyanın mərkəzi icra aparatının rəhbəri Gülağa Aslanlının, Gənclər Təşkilatının sədri Yadigar Sadıqlı və onun qardaşı Vasifin iştirakı ilə həmin şəxslərin guya Müsavat üzvü olmalarına dair saxta şəxsiyyət vəsiqələri və guya iqtidar tərəfindən siyasi təqiblərə məruz qalmaları, həbs olunmaları, barələrində cinayət işlərinin başlanması haqqında məzmununa yalan məlumatlar daxil edilərək arayışlar verirlər. Mexanizm belədir. Sonradan həmin sənədlər Almaniya Federativ Respublikasının miqrasiya orqanlarına təqdim olunmaqla həmin şəxslərin siyasi sığınacaq almaları təmin olunur.
İndi isə gəlin dırnaqarası qəhrəmanlarımızın nə üçün axtarıldığını izah edək. Müsavat Avropa Koordinasiya Mərkəzinin sədri, 1992-93-cü illərdə Kəlbəcər Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş İlham Surxay oğlu Həsənov barəsində Kəlbəcər rayonunun işğalı faktına görə səhlənkarlıq, müharibə aparma vasitələrini düşmənə vermə və ya düşmən üçün qoyub qaçma, döyüş meydanını özbaşına tərk etmə və ya silah işlətmədən boyun qaçırma maddələri ilə cinayət işi açılıb, amma 1994-cü ildə Azərbaycan Respublikası hərbi məhkəməsi tərəfindən həbs qəti imkan tədbiri başqa yerə getməmək haqqında intizam tədbiri ilə dəyişdirilərək azad edilib. Hazırda da axtarışdadır. Digər axtarılanların da axtarışı üçün tutarlı qanuni əsaslar var. Xüsusi olaraq bir məqamı qeyd etmək lazım gəlir ki, respublika prokurorluğu tərəfindən saxta sənədlərdən istifadə olunmaqla xarici ölkələrdə oturum icazəsi alınması faktları üzrə ibtidai istintaqı aparılan cinayət işi üzrə mühacir biznesi kanallarının bağlanılması, cinayətdə iştirak edən şəxslərin ifşası üçün çoxsaylı istintaq hərəkətləri, əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, müvafiq məhkəmə qərarları əsasında zəruri sübutlar təqdim olunmaqla istər. Hazırda anoloji əməllərinə görə Almaniyada saxlanılmaları barədə məlumatlar yayılmış İlham Həsənin, Elşən Abdullayevin, istərsə də Azərbaycan Xalq Cəbhəsi Partiyasının xarici ölkələrdə yaşayan üzvlərinin, həmçinin Tural Sadiqlinin, eləcə də Leqat təşkilatının rəhbəri Əlövsət Əliyevin ofislərində, mənzillərində axtarışların, baxışların aparılması, onların maliyyə əməliyyatları, vergi ödəmələri də daxil olmaqla bank hesablarının vəziyyətinə dair məlumatların ələ keçirilməsi, dindirmə və sair istintaq hərəkətlərinin yerinə yetirilməsi haqqında 2016-cı ildən etibarən Almaniya, Niderland krallığı, Fransa respublikası, Çex respublikası, İsveç krallığı və digər dövlətlərin səlahiyyətli dövlət orqanlarına çoxsaylı beynəlxalq hüquqi yardımların göstərilməsi haqqında vəsatətlərlə müraciət edilib. Mühacir biznesinin aqibəti barədə yeni anonslara özünüzü hazırlayın. Belə ki, Abdullayev Elşən Adil oğlu, Mirzəyev Elnur Aydın oğlu, Hüseynov Fikrət Nurəli oğlu, Hüseynov Rauf Faiq oğlu, Sadıqlı Tural Əlövsət oğlu və başqaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qəti imkan tədbiri seçilməklə beynəlxalq axtarışa veriliblər, hazırda onların tutulub istintaqa cəlb olunmaları istiqamətində istintaq əməliyyat tədbirləri davam etdirilir. Bu dəfə çox oldum efirdə. Gərgin bir təhlil marofonu idi əslində. Pulsuzluqdan hətta İnsanova qəlbini satanlardan da, Allah şeytana lənət eləsin, öz vətənin satanlardan da danışdıq. Dünyanın bütün dualarının Azərbaycanda iki gün ərzində pərvəriş tapdığından da bəhs etdik. Amma yekun sözü tapmaq çox çətindir mənə. Ən ucadan ən alçağa, sonra yenidən ən alçaqdan ən ucaya qalxmaq əməlli-başlı başağrısı, təzyiq yaradır. Dirçəliş günündə, Azərbaycana müstəqillik bayrağımızın Naxçıvan Ali Məclisinin sədrinin əliylə daxil olduğu bu gündə əslində hər kəs hər kəsi təbrik etməliydi. Bəs necə? Milli Dirçəlişdən söhbət gedir axı. Getməliydi axı. Amma getmir. Çünki o bayraqla qalxanların böyük bir hissəsi güruha qoşularaq yerlə yeksan olub, tör-töküntüləşib. Kimsə öz əqidəsini Avropanın Qırmızı fanarlar küçəsinə-vitrinə çıxarıb. Kimsə donuzdan bir tük də Qənimətdir deyə. Zahid olmasa da olar. Kimsə Dövləti təhqir etməyə aşağılmağa Sevincək olub. Osmanqızı olmasa da. Qaragüruh bəlası Qarabağ dərdini az qala arxa plana keçirir. Ona görə ki, qaragühun saatında Əli Həsənovun təbirincə desək Haykakan Jmanakdı-Yəni Erməni saatı. Qənimət Zahidin Azərbaycan saatı ermənicədən tərcümədir. Prezidentin köməkçisinin sərrast şəkildə ifadə etdiyi bu fikrə böyük məmnuniyyətlə həmmüəlliflik edərdim: Onlar minlərlə soydaşımızı “liberal cənnət” vədi ilə aldadıb son qəpiklərini də mənimsədiklərini, indi həmin soydaşlarımızı Avropada qaçqın kamplarında, əslində cəhənnəmdə, əlavə mənimdir, çox pis vəziyyətdə yaşadıqlarına görə məsuliyyət daşıdıqlarını etiraf etməli idilər. Amma nə baş verir? Osmanqızı bugünkü qəbahətin, sabahkı cinayətin daha da dərinləşməsini təlqin edir. Buyurun “Tutaq ki, müxalifət funksionerlərindən kimlərsə saxta viza alverində iştirak ediblər. Etiraf edim ki, mən bunu ciddi miqyaslı problem kimi qəbul etmirəm. Bu alverin həcmi nə qədərdir ki? Nə qədər məbləğdən söhbət gedir? Olsun 500 min, 1 milyon, 5 milyon“- Sevinc Osmanqızı belə deyir. Bu nə məntiqdir, bu nə “siyasi şəffaflıq” nümunəsidir? 500 minlə 5 milyon arasında doğrudanmı fərq yoxdur sizin üçün? Axı, bu pulların hər bir qəpiyi də aldatdığınız, milli dövlətlə, ana vətənlə problem yaratdığınız insanların sınan taleləri, dağılan ailələri deməkdir. Sizin “izzəti-nəfs” dediyiniz, “sanballı rəqabət” dediyiniz budurmu? Əli Həsənovun verdiyi bu sualı eynilə mən də verirəm. Amma mən həm də cavabını verəcəm. Bəli! 500 minlə 5 milyon arasında fərq yoxdur! Bu şəffaflıq nümunəsidir. İzzəti-nəfs dedikləri, şəffaflıq nümunəsi budur. Onlar çoxdan azərbaycanlı deyillər. Onlar çoxdan azərbaycansızdırlar! Burda Azərbaycan sözünü çıxarıb istənilən müsbət bir sözü yaza da bilərsiz. Yerinə düşəcək. Hesab edin ki, krossvord həll edirsiz. Bir sınayın, özünüzə də ləzzət edəcək!"
AzNews.az