Suriyanın Afrin şəhərində şəhidlərin cənazəsini qaçıran PKK-lı terrorçu Duzyer Kurdi tutulub.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, 2018-ci ilin yanvarında “Zeytun budağı” hərəkatı çərçivəsində Afrində şəhid düşən Oğuz Kaan Usta ilə Mehmet Muratdağının meyitləri terrorçular tərəfindən qaçırılmışdı. Hadisədən sonra 11 PKK-lı yaxalansa da, cənazələri traktorla daşıyanın Duzyer Kurdi olduğu təsbit edilmişdi. Kurdi həmin vaxtdan axtarışda olub.
O, Mamaluşağı kəndində yaxalanıb.(qafqazinfo.az)
AzNews.az