Salyan rayonunda zəhərlənmə hadisəsi baş verib.
"Report"un Aran bürosu xəbər verir ki, hadisə Qaraçala qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1983-cü il təvəllüdlü İsgəndərova Xanım Ağasən qızı bilməyərəkdən sirkə turşusunu içərək zəhərlənib. Qadın Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az